“8 Noyabr” stansiyası istifadəyə verildi

Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

***

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir. Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.

Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Buradan sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platformaya enirlər. Bununla da sərnişinlərin rahatlıq və təhlükəsizliyi maksimum şəkildə təmin edilir. Hərəkətin optimal təşkili ilə vaxta qənaət edilməsi isə vətəndaş məmnunluğuna hesablanan əsas amillərdən biridir.

Metropolitenin bu stansiyasının tikintisi zamanı həssas kateqoriyadan olan vətəndaşlarımızın çətinlik çəkməməsi üçün hər cür şərait yaradılıb. Stansiyanın inşasında yeni növ inşaat üsullarından geniş istifadə edilib. Belə ki, stansiyada fövqəladə hallara qarşı enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə təmin edilməsi, digər xətlərdə olan sistemlə müqayisədə burada SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və qatarların hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleksin tətbiqi xüsusi yeniliklər sırasındadır.

Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır. Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi”–“8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur.

Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun – yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki, bir zamanlar metronun “20 Yanvar” stansiyasından “Azadlı” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi “8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.

 

 









 
07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti