![]() |
|
ABŞ, Böyük Britaniya və Avrova İttifaqı Ukrayna ilə müharibə səbəbindən Rusiyaya qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiya qərarlarına əsasən yüzlərlə transmilli şirkət bu ölkədəki fəaliyyətini dayandıraraq geri çəkilib. Rusiyanı cəzalandırmaq məqsədi daşıyan addımların təsirləri indi dah çox özünü hiss etdirməyə başlayır. Məhsulların qiymətləri artır, iş yerləri bağlanma təhlükəsi ilə üzləşir, nəticədə yüzlərlə insan işini itirmək qorxusu yaşayır. Cəza tədbirləri Rusiya vətəndaşları tərəfindən məyusluqla qarşılanır. Rusiyada sanksiyalardan sonra vəziyyət necədir?
Modern.az Rusiyada böhran səbəbiylə gündəlik həyatın necə dəyişdiyini araşdırıb.
Yemək yağları və dərman qıtlığı
Müharibənin ilk həftəsində istehlak qiymətləri yüzdə 2,2 faiz artıb, ən böyük artımlar ərzaq məhsullarının qiymətində müşahidə olunur. İnsanlar bahalaşmanın daha da kəskinləşməsindən narahat olaraq, əlavə ərzaq ehtiyatı yığmağa başlayıb. Bu səbəbdən mağazalar əsas ərzaq məhsullarının satışını məhdudlaşdırıb. Bundan əlavə, bir çox yerlərdə dərman satışına icazə verilmir, daşıma şirkətləri xidməti dayandırdığı üçün bəzi tibbi məhsulları tapmaq müşlük məsələyə dönüb.
Rubl getdikcə çökür
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri rubl sürətlə ucuzlaşır. Bu, bir çox pərakəndə satış məntəqələrinin daimi qiymətləri qaldırmasına səbəb olur. Moskvada vəziyyət bir qədər fərqlidir. Şəhərin mərkəzində yaşayan Anna hələ boş rəf görmədiyini deyir: "Ərzaq qıtlığı olmayacaq, amma qiymətlər bahalaşaq. Bunun daha nə qədər davam edəcəyini təsəvvür belə edə bilmirəm və bu barədə düşünməyə belə qorxuram". Moskva sakini Aleksandr iki həftədə qiymətlərin artdığından şikayətlənib. "Mən fevralın 20-də 5500 rubl (həmin vaxt məzənnə 57 ABŞ dolları olub) ilə ərzaq və zəruri əşyalar aldım. Həmin gün aldığım əşyalar bu gün 8000 rubldur. İki həftə ərzində südün qiyməti demək olar ki, iki dəfə artıb",- o qeyd edib. Artıq fevral ayında ötən illə müqayisədə şəkər və taxılın qiyməti 20 faiz artıb. Rusiyanın rəsmi xəbər agentliyi olan "TASS" bəzi pərakəndə satıcıların əsas ərzaq məhsullarının qiymətlərindəki artımı 5 faizlə məhdudlaşdırmağa razılaşdığını açıqlayıb. Bir çox mağazalar un, şəkər və yağ kimi əsas ərzaq məhsullarının müəyyən məbləğdən artıq satışını dayandırıb. Moskvadan kənarda yaşayan Daria isə ailəsi üçün ərzaq ehtiyatı yığdığını söyləyib. "4 kiloqram qəhvə, 4 litr günəbaxan yağı, 4 litr zeytun yağı və 4 butulka viski almışam. Həmçinin üç aylıq təzyiq dərmanı sifariş etmişəm, bəzi dərmanların tapılması artıq çətinləşir",- Daria deyib.
Xarici xoşbəxtliyi dadmaq üçün son şans: ən son "iphone"
Rusiyada bəzi istehlak mallarının qiyməti həddindən artıq bahalaşıb. "Apple", "Ikea", "Nike" kimi aparıcı brendlər artıq öz məhsullarını Rusiyada satmır. Daria bir müddət idi ki, ailəsi üçün yeni kompüterlər almağı düşünürdü və qiymətlərin getdikcə artdığını görüb, bunu mümkün qədər tez etmək qərarına gəlib: "Fevralın əvvəlində 70 min rubl idi, ayın sonunda isə 100 min rubla qədər artdı. O qiymətə aldıq. Sonra 140 min rubla qalxdı və Moskvada ehtiyatlar tükənir. İndi camaat zarafat edir, amma sonra bizim taleyimiz yaxşı olmayacaq ". Qeyd edək ki, "Apple" martın 2-də Rusiyada bütün satış fəaliyyətlərini dayandırdığını elan edib. Həyat yoldaşı və iki uşağı ilə birgə yaşayan universitet professoru Pavel Moskvadakı evlərinə elektrik əşyaları almaq istəyirdi. Müharibə başlayan gün o, qiymətlərin az qala 30 faiz artdığını bildirir. Professor bağlanmadan bir gün əvvəl soyuducu, soba, paltaryuyan maşın və çaydan alıb, "Ikea"dan çarpayı və şkaf sifariş etməyi bacarıb. "McDonald's"ın Rusiyadakı 847 restoranını bağlamasının simvolik mənası əksər ruslar üçün aydındır. "McDonald's" 30 il əvvəl Sovet İttifaqında fəaliyyətə başlayan ilk Qərb şirkətlərindən biri idi. Şəbəkənin bağlanacağı barədə xəbər eşidiləndən sonra yerdə qalan ərzaqlar adi qiymətdən 10 dəfə baha satılıb. Reklamların birində "Xarici xoşbəxtliyi dadmaq üçün son şans" sözləri diqqət çəkib. Lakin Rusiyanın cənub-qərbində, Saratovda yaşayan Vladimirin fikrincə, onlar Qərbin sanksiyalarının təsirini hələ hiss etməyiblər: "Rublun ucuzlaşmasından təsirlənmirik, çünki bahalı idxal mallarından istifadə etmirik".
Müştərilərini itirmə qorxusu
Rusiya bankları "Swift" beynəlxalq ödəniş sistemindən çıxarılıb. Visa, Mastercard, American Express, Apple və Google Pay kimi ödəniş sistemləri Rusiyada xidmətlərini məhdudlaşdırıb. Rusiya Mərkəzi Bankı iqtisadiyyatın təxminən 8 faiz kiçilə biləcəyini bildirir. Fitnes sənayesində çalışan Nataşa bu barədə deyib: "Sanksiyalar bizim işimizə zərbə vurub. Müştərilərimizin sayı azalıb. İnsanlar idman mərkəzlərinə üzvlüklərini ləğv edib pullarını geri istəyirlər. Öz növbəsində kirayə haqqı, məişət texnikası və təmizlik xərcləri artır. Xərclərimiz orta hesabla 30 faizə yaxın artıb".
Böhran məktəbləri də "vurub"
Yekaterina bir neçə dil məktəbinə rəhbərlik edir. O sanksiyaların artıq problemlərə səbəb olduğunu vurğulayıb: "Başqa ölkələrdə müəllimlərimiz var və köçürmə yolları bağlı olduğu üçün onlara ödəniş edə bilmirik. ABŞ, Almaniya və Latviyadan da tələbələrimiz var, onlar təhsil haqqını hesabımıza yatıra bilmirlər. Hazırda başqa vasitələrdən istifadə edirik, lakin hər iş günü yeni böhranla başlayır". "Zoom" platforması bloklandığı təqdirdə beynəlxalq qrup dərslərini necə idarə edəcəyini bilmir. Bu səbəbdən Yekaterina çox narahatdır. "Uzun müddətdir birlikdə işləməyimizə baxmayaraq, birdən-birə hər şeyi dayandırdılar. İndi biz həm onlara, həm özümüzə, həm də bütün vəziyyətə görə çox üzülürük",- o qeyd edib. Bundan əlavə, qeyd edək ki, yeni hüquqi tənzimləmələr Rusiyada işğalla bağlı "saxta xəbər" kimi qəbul edilən informasiyalar yerləşdirən və dərc edən hər kəs üçün həbs təhlükəsi deməkdir.
Rusiyada müstəqil və beynəlxalq media orqanlarına sərt məhdudiyyətlər qoyulub, müharibə əleyhinə nümayişlərdə iştirak edən 13 minə yaxın insan saxlanılıb. Xalqın əksəriyyəti sanksiyalara görə prezident Vladimir Putini günahlandırır, digərləri isə müharibə ilə bağlı xəbərləri Ukrayna əleyhinə ağır təbliğat aparan dövlətin nəzarətində olan media vasitələrilə dinləyir. Bununla belə çoxları Putini dəstəkləyir və sanksiyalara görə Qərbi günahlandıra bilər. Rusiyada ölkə rəhbərini tənqid etmək təhlükəli işdir. Qərb hökumətləri ümid edir ki, rusları sanksiyalar yükü altında əzmək həm də ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilər, lakin bu, uzun müddət çəkə bilər. Sanksiyalardan yalnız zəngin rusların təsirlənəcəyilə bağlı fikir çox mübahisəlidir. Bundan sonra nə olacağına heç kim əmin deyil, lakin iqtisadi vəziyyətin daha da pisləşməsi ehtimalı yüksəkdir və bunun üçün uzun zaman lazımdır. Rusiya Mərkəzi Bankı müharibənin başlanmasından bəri iqtisadiyyatda əhəmiyyətli dəyişikliklərin olduğunu etiraf edir.
70 yaşlı Rusiya vətəndaşı Luda düşünür ki, kənardan baxanda Moskvada nə baş verdiyini tam olaraq başa düşmək çətindir.
"Şəhərin kafe və restoranları hələ də doludur, metro işləyir, şəhərin mərkəzində tıxac var. Etirazları, çağırışları, ölkəni yüksək səslə tərk edən yaradıcı insanları görmürsənsə, hər şeyin əvvəlki kimi olduğunu düşünə bilərsən. Çox şey sakit keçir. Amma mənə elə gəlir ki, havada oksigen azalır. Bu gün baş verənlər insanlara 1990-cı illəri, Sovet İttifaqının dağılmasından sonra Rusiya iqtisadiyyatının çöküşünü xatırladır. 30 yaşlarında olan (o illərdə yaşamayan) insanlarla o vaxt və yeməyi necə rasionladığımız barədə danışmaq maraqlıdır. Konfet, yağ və araq üçün kuponlarımız var idi. Mən kolbasa almaq üçün nəhəng növbələri xatırlayıram... Bu, utancverici idi. Ümid edirəm ki, bir daha eyni şeyləri yaşamayacağıq. Mən narahatam ki, yoxsulluq və işsizliyin qəfil artması ilə oğurluq və qaçaqmalçılıq artacaq".
2022-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 182 mənzil alıblar.
Marja.az xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93 mənzil alıblar.
Xatırladaq ki, həmyerlilərimiz 2021-ci ilin ilk iki ayında Türkiyədə 145, o cümlədən yanvarda 68, fevralda 77 mənzil alıblar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279, 2021-ci ildə isə 1517 mənzilə sahib olublar.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,1% azalaraq 1,8646 manat, Rusiya rublunun məzənnəsi 9,2% irəliləyərək 0,0155 manat, türk lirəsi 0,9% bahalaşaraq 0,1157 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalını qadağan etdi. Həmçinin Rusiya da bəzi ərzaq, o cümlədən taxıl və şəkərin ixracatını payızadək dayandırıb. BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22% intervalında yüksələcək:
"Rusiya-Ukrayna müharibəsi artıq regionda və eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olub. Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırır".
Millət vəkilinin sözlərinə görə, Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. "Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal infilyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarına qiymət artımları ilə yanaşı bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək", - deyə V. Bayramov qeyd edib.
Bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında bir sıra yeni sənədlər imzalanıb.
“Həmin sənədlərə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində imza atılıb.
Bunlardan biri “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”dur ki, onu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev və BƏƏ-nin “Masdar” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Camal Əl Ramahi (Mohammad Jameel Al Ramahi) imzalayıb.
Bundan başqa, ərəb qonaq Azərbaycan rəsmiləri ilə daha 3 sənədə imza atıb. Bunlar “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehovla birgə imzalanmış “Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində Anlaşma Memorandumu”, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovla birgə imzalanmış “Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu”, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayevlə birgə imzalanmış “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”dur.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,6% artaraq 1,8669 manat, Rusiya rublunun məzənnəsi 10,9% irəliləyərək 0,0142 manat, türk lirəsi 0,09% ucuzlaşaraq 0,1147 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Dünya birjalarında neft ucuzlaşaraq son iki həftənin ən aşağı səviyyəsinə enib.
"Brent" fyuçersləri ticarət sessiyanın əvvəlində 6 dollardan çox ucuzlaşaraq bir barel üçün 100,05 dollara enib.
ABŞ-ın Qərbi Texas (WTI) markalı xam nefti isə martın 1-dən etibarən ilk dəfə 100 dollar səviyyəsindən aşağı düşüb, 4,58 dollar və ya 4,2% ucuzlaşaraq bir barrel üçün 98,43 dollar olub. Sessiyanın əvvəlində isə qiymət 96,70 dollara qədər enib.
Hər iki markalı neft ötən gün 5%-dən çox azalıb - "Brent" 5,1%, "WTI" isə 5,8% geriləyib.
Qeyd edək ki, buna səbəb Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının təklifi aşağı endirəcəyi qorxusunu azaltması, eləcə də, Çində artan COVID-19 yoluxmalarının tələbi yavaşladacağı narahatlıqları olub.
Son bir ildə, xüsusilə 3 ayda ərzaq məhsullarının qiyməti kəskin artıb.
Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ilin fevral ayında aldıqları eyni məhsul qrupunu bu il almaq üçün 17,2 faiz daha artıq pul xərcləyiblər.
Qeyd edək ki, alıcılarla yanaşı, satıcılar da qiymətlərin xüsusilə son 3 ayda daha çox artdığını bildirirlər.
Deyirlər ki, firmalar daşıma xərcləri və xammal qıtlığını əsas gətirərək malları daha baha təklif edirlər. Mağazalar isə malı əsasən aldıqları qiymətdən 10-15 % baha satırlar.
İqtisadçı-ekspert Xalid Kərimli “Xəzər Xəbər”ə deyib ki, qiymət artımının əsas səbəbləri pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranmasıdır. Üstəlik, dünyada ciddi ərzaq qıtlığının yarana biləcəyi qorxusu da var. Baş verən inflyasiyanın bu ildən azalacağı gözlənsə də, Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi.
Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi və onun arealının genişlənə biləcəyi ehtimalı inflyasiyanın bu il aşağı düşmə şərtlərini xeyli çətinləşdirir. Bu isə o deməkdir ki, qiymət artımı bundan sonra da davam edə bilər.
Daha ətraflı süjetdə:
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,77% artaraq 1,8560 manat, Rusiya rublunun məzənnəsi 1,59% irəliləyərək 0,0128 manat, türk lirəsi 0,5% bahalaşaraq 0,1148 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Rusiyanın regionun əsas buğda ixracatçısı olan Ukraynaya hərbi müdaxiləsindən sonra qiymətlərin qalxması səbəbindən Şimali Afrikadakı ev təsərrüfatları un, manna və digər məhsulların ehtiyatını toplamağa başlayıb.
"Tunis, Mərakeş və Liviya, eləcə də bir sıra digər ərəb ölkələri buğdanın böyük hissəsini Ukrayna və Rusiyadan idxal edir.
Müsəlmanların ənənəvi olaraq sübhdən axşama qədər orucunu dəbdəbəli ailə yeməyi ilə açdıqları müqəddəs Ramazan ayının başlamasına cəmi bir neçə həftə qalmış qiymətlər artmağa başladı.
Bəziləri Rusiyanın işğalının aclığa və iğtişaşlara səbəb ola biləcəyindən qorxurlar, çünki ərzaq qiymətlərinin artması son on ildə ərəb üsyanlarına təkan verib.