Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektləri raket atəşinə tutması rublu rekord səviyyədə ucuzlaşdırıb.

Rusiya rublu dollar qarşısında  5,77% ucuzlaşaraq 86,1198 səviyyəsinə enib.

Hadisələr fonunda daha çox ucuzlaşma nümayiş etdirən valyutalardan biri də avro olub. Avro 0,84% ucuzlaşaraq 1,1209 dollara düşüb, bu da yanvarın 31-dən bəri ən aşağı səviyyə olub.
Təhlükəsiz sığınacaq valyutaları kimi Yapon yeni və ABŞ dollarına tələb artıb. 

Avro Yapon yeni qarşısında bir aylıq minimumuna çatıb və 1,28% ucuzlaşaraq təxminən 128,37 yen olub. İsveçrə frankı qarşısında isə 2015-ci ildən bəri ən aşağı səviyyəyə enib və 0,84% azalaraq 1,0292 İsveçrə frankı olub.

ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sanksiyaları açıqlamasının ardından neft qiymətləri sabitləşib.

Qiymətlərin sabitləşməsinə səbəb sanksiyaların gözləniləndən daha az sərt olması olub.

Dünən sürətli artım nümayiş etdirən “Brent” markalı neftin bir barrelinin qiyməti 97 ABŞ dolları həddində ticarət olunub və daha sonra 97 ABŞ dollarından aşağı enib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib. Eləcə də, ABŞ rus elitasına və Rusiyanın dövlət inkişaf korporasiyası, iqtisadi inkişaf layihələrini maliyyələşdirən dövlət investisiya bankına (VEB) qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.

Bunun Rusiyaya qarşı sanksiyaların ilk tranşı olduğunu bildirən Bayden Rusiyanın eskalasiyaya keçəcəyi təqdirdə sanksiyaların sərtləşdirəcəyini deyib.

Analitiklər Ukrayna ətrafında vəziyyətin daha da gərginləşəcəyi təqdirdə neft qiymətlərinin 100 dollarlıq pisxoloji həddi keçəcəyini istisna etmir.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

“Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,35% artaraq 100,68 ABŞ dolları təşkil edib.

Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması qərarı qızılı bahalaşdırıb.

“Dünya birjalarında qızılın dəyəri 9 aylıq maksimuma çatıb.

İqtisadi qeyri-müəyyənlik hallarında investorlar üçün “təhlükəsiz liman” hesab olunan qızılın bir unsiyasının dəyəri 0,2% artaraq 1 909,60 ABŞ dollarına çatıb. ABŞ qızıl fyuçersləri isə 0,6% bahalaşaraq 1911,50 ABŞ dolları olub.

Analitiklər Şərqi Avropada vəziyyətin pisləşəcəyi halda qızılın daha da möhkəmlənəcəyini istisna etmir. 

Qeyd edək ki, sözügedən hadisələrin fonunda neft qiymətləri 7 illik maksimuma yüksəlsə də, ABŞ fond bazarında əsas səhmlərdə ucuzlaşma müşahidə olunub. 

Azərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək.

"Yol-xeber.az" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,01% azalaraq 1,9319 manat, Rusiya rublunun məzənnəsi 0,9% geriləyərək 0,0222 manat, türk lirəsi 0,2% ucuzlaşaraq 0,1251 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,17% artaraq 1,9320 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0224 manat, türk lirəsi 0,4% bahalaşaraq 0,1254 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,13 ABŞ dolları və ya 3,21% artaraq 100,76 ABŞ dolları təşkil edib.

“Azəralüminium” MMC tərəfindən bişirilmiş karbon anod bloklarının satınalımasına dair 25 noyabr 2021-ci il tarixində elan olunmuş açıq tenderin qalibi məlum olub.

“Tenderin qalibi ÇXR-nın “Sunstone Development” Co. ltd şirkəti olub.

Qalib şirkətlə “Azəralüminium” MMC arasında 11 fevral 2022-ci il tarixində 19 mln ABŞ dolları (32,3 mln AZN) məbləğində satınalma müqaviləsi imzalanıb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,2% azalaraq 1,9243 manat, Rusiya rublunun məzənnəsi 1,8% irəliləyərək 0,0223 manat, türk lirəsi 0,6% ucuzlaşaraq 0,1251 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Xəbər lenti