![]() |
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
AAYDA-dan verilən məlumata görə, bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.
Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
2. Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı),
3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),
4. Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı),
5. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı),
6. Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
7. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı),
8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7km, 4 hərəkət zolaqlı),
9. Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı),
10. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı),
11. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi
12. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1182,7 km, 2 hərəkət zolaqlı).
2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Əhmədbəyli - Füzuli – Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı),
2. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri
2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, 4-6 hərəkət zolaqlı ),
2. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı),
3. Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).
2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Ağdam şəhərinin daxili yollarının tikintisi.
Tələbat çoxalır, qiymət isə hər gün bir az da artır. Söhbət gündəlik qidalanmada əsas yerlərdən birini tutan ətdən gedir.
Son bir neçə gün ərzində həm mal, həm də qoyun ətinin qiyməti 2-3 manat bahalaşıb.
Satıcılar da "Xəzər Xəbər"ə qiymətlərin artmasını təsdiqləyiblər. Onlar bildirib ki, qış mövsümünün olmasına baxmayaraq ətlik heyvanlar çətin tapılır. Həmçinin deyilib ki, bu cür davam edərsə, ətin bir kiloqramı 20 manat olacaq.
Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.
Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.
Həftədə 4 dəfə keçirilən “4+4” oyununun növbəti tirajında cekpot məbləği 500 000 manat olacaq. Cekpot qazanmaq üçün A və B sıraları üzrə 1-dən 20-yədək olan rəqəmlərin (4+4) biletdəki variantla üst-üstə düşməsi yetərlidir.
Gömrük dəyəri istiqamətindəki islahatlar sahibkarların əlavə xərc və vaxt itkisinin qarşısını alacaq.
Report xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusundakı konfransda çıxışı zamanı bildirib.
"İslahat prosesi davam edir, gömrük dəyərinin müəyyən edilməsinin üsüllarının tətbiqinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Hazırda "Beynəlxalq ticarət" işçi qrupu çərçivəsində bu istiqamətdə işlər görülür.
İslahatdan bizim əsas gözləntimiz bir tərəfdən gömrük dəyərinin düzgün olmasını, digər tərəfdən isə dəyərinin qısa müddətdə və vaxtında müəyyən edilməsini təmin etməkdir. Bu baxımdan dəyişikliklər gömrük dəyəri ilə bağlı mübahisəli hal yarandıqda sahibkarlar üçün əlavə xərc və vaxt itkisinin qarşısının alınmasına, müvafiq dövlət orqanlarının resurslarının səmərəli istifadəsi məmur-sahibkar təmasının minimuma endirilməsinə düzdün gömrük dəyərinin müəyyən edilməsinə və mütərəqqi təcrübənin təkmilləşdirilməsinə şərait yaradacaq",- deyə E.Əliyev bildirib.
Dünən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının “Trendyol” elektron satış şəbəkəsi ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, onun təklifindən sonra “Trendyol”un qadağan olunacağı ilə bağlı fikirlər səsləndirilir.
İqtisadçı ekspert Xalid Kərimli sözügedən təklifi “Ölkə.Az”a şərh edib. O bildirib ki, nazirlik nümayəndəsi “Trendyol”un burada anbar açmasını təklif edib, bu isə ağlabatan deyil: “Azərbaycan hökuməti Türkiyənin hər hansı şirkətinə belə bir tələb qoya bilməz. Təbii ki, hüquqi şəxs burada anbar açıb malını gətirdikdə ona vergi güzəşti olmayacaq. Bu zaman mallara görə rüsum və vergilər verilməli olacaq. Həmçinin burada anbar üçün kirayə haqqı, işçilər üçün əməkhaqqı ödənməlidir. Bu isə “Trendyol”un biznes modeli deyil. Azərbaycan bazarı da “Trendyol” üçün Çin və Avropa bazarı kimi maraqlı deyil və onlayn satış platformasından alışlarda cüzi paya malikdir”.
Ekspert həmçinin vurğulayıb ki, qeyd olunan rəqabət problemi Azərbaycanda mövcuddur: “Belə ki, vətəndaşlar 300 dollarlıq limit ilə məhsulları karqo şirkətləri vasitəsilə xarici ölkələrdən sifariş etdikdə faktiki olaraq gömrük rüsumları və vergi ödəmirlər. Sahibkarlar isə məhsul idxalı zamanı vergi və rüsum ödəyirlər. Sahibkarın həmçinin kirayə, əməkhaqqı, kommunal xərcləri olduğu üçün onlayn sifarişlə yerli satışda ciddi qiymət fərqləri ortaya çıxır. Həmçinin mallar anbarlara yığıldığı üçün onun xarab olma, vaxtında satıla bilməmə kimi riskləri mövcuddur. Nəticədə, haqqız rəqabət elementləri ortaya çıxır. Bu da daha çox vergi və rüsumlarla bağlıdır. Kiçik sahibkarlar bundan narazı, vətəndaşlar isə məmnundur”.
“Hökumət bu vəziyyətin şişməməsi üçün 2021-ci ildən rüsumsuz idxal limitini 1000 dollardan 300 dollara endirdi. Bu limitin 200 və ya 150 dollara endirilməsi məsələsinə yenidən baxıla bilər. Lakin nazirlik nümayəndəsinin bu təklifi ağlabatan deyil. Sahibkarın Azərbaycanda öz biznesini açıb-açmaması isə öz fikridir”, -deyə X. Kərimli əlavə edib.
"Mənzil Məcəlləsinə görə çoxmənzilli binaları sakinlərin ümumi yığıncağı idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir. Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər.
Əksəriyyət elə düşünür ki, guya çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım".
"Xətai rayon məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il tarixində isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır"..
"Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində qalındı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq.
Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək. Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın", - deyə Ə. Həsənov əlavə edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,33% azalaraq 1,8057 manat, Rusiya rublunun məzənnəsi 0,44% irəliləyərək 0,0227 manat, Türkiyə lirəsi 0,11% ucuzlaşaraq 0,0900 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Şuşaya çəkilən sürət yolu pullu olacaq.
“Trend”in məlumatına görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır, 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək:
“Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını güclü olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait onun saxlanmasına istifadə olunsun”.
Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərində və şəhərətrafı ərazilərdə vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib.
Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa edilib.
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
YOLUNUZ AÇIQ OLSUN...
2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır.
Report xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət kifayət qədər vəsait ayırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşıya qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri icra edilir. Prezident tərəfindən təməli qoyulmuş layihələr üzrə işçi qrupları formalaşdırılır", - deyə o qeyd edib.