![]() |
|
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirb.
"Report"un məlumatına görə, bu münasibətlə çıxış edən AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür.
"Onun ölkəyə rəhbərliyinin I dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyulub. H.Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olunub. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrilib. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyik bərpa olunub, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldılıb, məzənnə sabitləşdirilib, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrilib. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Bank sistemi sağlamlaşdırılıb, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanılıb. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olunub", - deyə o qeyd edib.
Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
Bu barədə AMB məlumat yayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda uçot dərəcəsi 8,75%, faiz dəhlizinin aşağı həddi 7%, yuxarı həddi isə 9,75% təşkil edir.
Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi? Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək: “Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək”.
İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur: “Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir”.
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək: "Məntiqlə rüsumdan azad olunan bütün məhsulların qiyməti ucuzlaşmalıdır. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər. Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, bu qərar vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır".
Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Yol-xeber.az" xəbər verir ki, 1.Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsi əsaslı təmir olunub - 25 Aprel
2. Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir - 26 Aprel
3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun inşası sürətlə davam etdirilir - 27 Aprel
4. Media nümayəndələri Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə tanış olub - 27 Aprel
5. Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması davam edir - 28 Aprel
YOLUNUZ AÇIQ OLSUN...
Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır.
Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra - aprelin 28-də qüvvəyə minir.
Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
“Yaşı 10 ildən çox olan maşınların ölkəyə idxalına məhdudiyyətlərin qoyulmasından sonra avtomobil bazarında aktivlik artıb. Həmin qərara qədər yararsız avtomobillərin sayı günü-gündən artırdı. Ölkəyə ardı kəsilmədən metallom daxil olurdu. Düşünürəm ki, elə maşınlar ölkəyə daxil olmamalıdır. Bu qərardan sonra avtomobil parkı bir növ özünü təbii yolla yeniləyəcək”.
Bu fikirləri Musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Ekspert vurğulayıb ki, Azərbaycanın avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var:
“Əsasən mövsümi dövrlərdə bazar aktivləşir. Bu da payızın, yayın əvvəli olur. Adətən aktivlik mayın 15-dən sonra olur. Biz hazırda da bazarda aktivlik görürük. Bunu avtomobil alqı-satqısı ilə məşğul olan sahibkarların, həmçinin fərdi qaydada şəxslərin öz maşınlarını daha yüksək qiymətə sata biləcəklərini düşünmələri ilə əlaqələndirmək olar. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki bazar aktivdir və bir neçə nəfərin istəyi ilə qiymətlərin kəskin qalxması və yaxud enməsi mümkün deyil. Avtomobil bazarı özü qiymətləri tənzimləyir. Mayın 15-dən sonra köhnə avtomobillərin qiyməti 3-5% arta bilər.
Ötən həftə ərzində dünyanın iri avtomobil istehsalçıları anons verdilər ki, maşınların qiyməti 3% civarında yüksəlir. İstehsalçılar bunu ehtiyat hissələrinin qiymətinin bahalaşması, daşınma xidmətlərinin qiymətinin yüksəlməsi və müəyyən cihazların defisiti ilə əlaqələndirirlər. Avtomobil sənayeçiləri hazırda yarımkeçiricilərin defisitini yaşayırlar. Bununla bağlı qiymət yüksəlişi var. Bu, Azərbaycan iqtisadiyyatı ilə bağlı deyil”.
Ekspert qeyd edib ki, həm yeni, həm də köhnə avtomobillərin qiymətinin 3% civarında yüksəlməsi qiymətin daha da yüksəlməsinə təkan verə bilər:
“Çünki burada balans yaranmır. Belə olan halda ikinci əl avtomobil bazarında qiymətin bir qədər də yüksələ biləcəyini deyə bilərik. Avtomobil almaq istəyənlərə tövsiyəmiz ondan ibarətdir ki, imkan varsa, yeni maşın alsınlar. Elə avtomobil almaq lazımdır ki, onun markasının Azərbaycanda rəsmi servisi olsun, təmir problemi çıxanda dilerə müraciət edə bilsinlər.
Avtomobil artıq əvvəlki qədər dəbdəbə deyil, bir nəqliyyat vasitəsi kimi qəbul olunur. Sevindirici haldır ki, vətəndaşlar ekoloji təmiz nəqliyyat vasitələrinə də üstünlük verirlər. Hibrid avtomobillər bu gün Azərbaycanda çox populyardır. Elektromobillər də getdikcə populyarlaşır. Bakıda da elektrobuslar fəaliyyətə başlayacaq. Bu da bir növ Azərbaycanda avtomobil seqmentinin elektrikləşdirilməsinə təkan verəcək. Biz görürük ki, sahibkarlar elektrikdoldurma məntəqələrinin Azərbaycan üzrə quraşdırılmasında maraqlıdırlar. Əgər ötən ilin sonuna qədər 40-a yaxın elektrikdoldurma məntəqəsi var idisə, bu il bu rəqəm 100-ə yaxın olacaq”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi”(BNA) publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynli BNA ilə bağı Fərmanın gözlənilən olduğunudeyib. O bildirib ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır. Belə bir vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir.
"Yaxın 3 ayda BNA ləğv ediləcək və onun səlahiyyətlərini, özü də bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında) həyata keçirəcək.
Bundan sonra bəhs etdiyim vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir. Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin və bələdiyyələrin rolu müəyyən olunmalıdır".
"Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz", - deyə Ə. Hüseynli əlavə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Laçın şəhərinin daxili yollarının bərpasını yaxın müddətdə yekunlaşdırmağı planlaşdırır.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci il tarixində təməli qoyulmuş Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq, qazma-partlayış işləri icra olunur.
İnşası aparılan beynəlxalq hava limanında qazma işləri 26,512 milyon kubmetr, tökmə işləri isə 1,956 milyon kubmetr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73 metr, tökmənin orta hündürlüyü isə 14 metrdir.
Layihə üzrə 162,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində partlayış işləri, 859,8 min kubmetr qaya tipli süxurların mexanizmlə qazılması, 5,04 milyon kubmetr həcmində isə torpaq qazma işləri aparılıb.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanından Laçın şəhərinə qədər olan məsafə 38,1 kilometr, Şuşa şəhərinə qədər olan məsafə 75 kilometr, Kəlbəcər şəhərinə isə 59,2 kilometr təşkil edəcək.
İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən hava limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.