![]() |
|
“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 mln manat xalis zərərlə başa vurub.
“Yol-xeber.az”ın məlumatına görə, 2019-cu ilin yekunu ilə müqayisədə QSC-nin zərərində 28,5 mln manat və ya 51,7% artım müşahidə olunub. Qurumun əməliyyat zərəri də 55,543 mln manat təşkil edib.
Sərnişindaşımadan gəlirləri 3 dəfədən çox azalıb
Metropolitenin 2020-ci il ərzində sərnişindaşımadan gəlirləri 3 dəfədən çox azalaraq 21,623 mln manata düşüb. Büdcədən subsidiya isə illik müqayisədə 37% artaraq 67,679 mln manat olub, sair əməliyyat gəlirləri isə 38% azalaraq 3,534 mln manat olub.
Qurumun istifadə edilmiş neft məhsulları üzrə xərci 679,720 min manat, material ehtiyatları xərcləri 4,928 mln manat, istifadə edilmiş elektrik enerjisi 6,628 mln manat, istifadə edilmiş qaz xərcləri 167,655 min manat, istifadə edilmiş su, çirkab su və qrunt suları üzrə xərcləri 4,156 mln manat olub.
İşçi heyəti üzrə xərcləri isə 3,1% azalaraq 44,660 mln manat təşkil edib.
“Bakı Metropoliteni” QSC ötən ilin yekununda cəmi aktivləri illik müqayisədə 2,5% artaraq 2 513,284 mln manat, cəmi öhdəlikləri isə 9% artaraq 58,917 mln manat təşkil edib.
Yığılmış zərəri 565 milyon manatı ötüb
İl ərzində nizamnamə kapitalı 140,198 mln manat artaraq 3 019,606 mln manata çatdırılan qurumun bölüşdürülməmiş zərəri isə illik müqayisədə 17,3% artaraq 565,240 mln manat olub.
Nəticədə, qurumun cəmi kapitalı 2,4% artaraq 2 454,367 mln manat təşkil edib.
Bakı sərnişin stansiyasına daxil olmaq istəyən qatarlar texniki nasazlığa görə yolda qalıb.
"Yol-xeber.az"ın məlumatına görə, 30-35 dəqiqə gecikmədən sonra texniki nasazlıq aradan qaldırılıb və qatarlar təhlükəsiz şəraitdə Bakı sərnişin stansiyasına daxil olub.
Qeyd edək ki, qatar maşinistlərinin verdiyi məlumata görə nasazlığa səbəb güclü küləkdir.
09:05*
Bakı sərnişin stansiyasına daxil olmaq istəyən qatarlar texniki nasazlığa görə yolda qalıb.
"Yol-xeber.az"ın məlumatına görə, hazırda bir neçə qatar Bakı sərnişin stansiyasına daxil ola bilmir. Qatar maşinistlərinin verdiyi məlumata görə nasazlığa səbəb güclü küləkdir. Hazırda sərnişinlər texniki nasazlığın aradan qaldırılmasını gözləyirlər.
Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsi ilə şərqə istiqamət götürüb. Bu artıq Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Sözügedən dəhliz vasitəsi ilə ilk yüklər ölkəmizin ərazisi vasitəsindən keçməklə Hindistana daşınır. Bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq.
"Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən Müharibəsindəki Zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıyır:
"Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələ aktuallığını daha da artırır. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu, bir tərəfdən Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək".
"Qeyd edək ki, Şüveyş kanalında son baş verən qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlmişdi. Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək", - deyə V. Bayramov əlavə edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,22% azalaraq 2,0252 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0235 manat, türk lirəsi 0,15% bahalaşaraq 0,1956 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Dünya birjalarında neft qiymətləri azalıb.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,27 dollar və ya 0,36% azalaraq 74,41 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,21 dollar və ya 0,29% azalaraq 72,70 dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,12% artaraq 2,0296 manat, Rusiya rublu 0,42% bahalaşaraq 0,0235 manat, türk lirəsinin məzənnəsi isə 0,46% azalaraq 0,1953 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,07% artaraq 2,0271 manat, Rusiya rublu 0,43% bahalaşaraq 0,0234 manat, türk lirəsinin məzənnəsi 0,05% azalaraq 0,1962 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Bu ilin ilk 4 ayında bankların həm kredit qoyluşları, həm də problemli kreditlərinin həcmi artıb. Belə ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra bilib. Digər tərəfdən, ötən ilin sonunda 893 milyon manat problemli kreditləri olan banklar artıq 921 milyon manat geri qaytarılmayan kreditlərə sahibdirlər. Bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli müqayisədə eyni nisbətdə artıb. Hər iki göstəricidə 3,1% artım qeydə alınıb.
"Yol-xeber.az" xəbə verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3,1% artması arzuolunan hal deyil:
"Problemli kreditlərin həcminin artmasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsir edib. Eyni zamanda, depozit dividendləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada depozitlərə ya faiz ödənişi etmirlər, ya da cüzi dividend hesablayırlar. Manat üzrə depozit dividendləri də azalıb".
Millət vəkili bildirib ki, depozit dividendlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur:
"Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə, 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var".
Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan güzəştli kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etməyib.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb. Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,09% artaraq 2,0264 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 1,4% bahalaşaraq 0,1963 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub