Levandovskidən Messiyə

“Bavariya”nın hücumçusu Robert Levandovski “France Football” nəşrinin təsis etdiyi “Qızıl top”u Lionel Messinin qazanmasına münasibət bildirib.

O, həmçinin argentinalı ulduzun “2020-ci ildə Levandovski “Qızıl top”a layiq idi” deməsinə toxunub.

“Leo Messi mənim 2020-ci il üzrə “Qızıl top” mükafatına layiq olduğumu deyib. Onun daha ədalətli olmasını istəyirəm. Boş sözlər lazım deyil. Düzünü desəm, mükafatın təqdimolunma mərasimində çox məyus idim. Bunu inkar etmək lazım deyil. “Qızıl top”a çox yaxın idi. Leo hər zaman yaxşıdır. Onun qazandıqlarına irad bildirmirəm. Onunla yarışmağım da hansı səviyyədə olduğumu göstərir. Yaxşı ki, mərasimdən dərhal sonra Messi ilə üz-üzə gəlmədim”.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümün sonunda Polşa "Legiya"sından ayrıla bilər.

Yol-xeber.az xəbər verir ki, 24 yaşlı hücumçu Çexiyanın "Slaviya" (Praqa) klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, forvardın çxışını diqqətlə izləyən Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovski onun oyununu bəyənir. Bildirilib ki, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Emreli Polşa çempionu ilə vidalaşacaq.

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var.

Argentina millisinin və Fransa "Paris Sen Jermen"inin futbolçusu Lionel Messi 7-ci dəfə ilin ən yaxşı futbolçusu seçilib.

"Yol-xeber.az" xəbər verir ki, 34 yaşlı futbolçu "France Football" nəşrinin keçirdiyi sorğunun nəticəsinə əsasən "Qızıl Top" mükafatının sahibi olub.

Bu gün "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək.

Mükafatın təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.

"Qızıl top"a 30 futbolçu iddialıdır. Bunlardan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçudur.

Mükafata əsas namizədlər Almaniya "Bavariya"sından Robert Levandovski, Fransa PSJ-sindən Lionel Messi, İspaniya "Real Madrid"indən Kərim Benzema və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldudur.

Qapıçı: Canluici Donnarumma ("Milan", İtaliya / PSJ, Fransa),

Müdafiəçilər: Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Ruben Diaş ("Mançester Sit", İngiltərə), Sezar Aspilikueta ("Çelsi", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya)

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter", İtaliya), Luka Modriç ("Real Madrid", İspaniya), Kevin de Bröyne, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Sit", İngiltərə), Jorjinyo, N Qolo Kante, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Pedri ("Barselona", İspaniya), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə)

Hücumçular: Lautaro Martines ("İnter", İtaliya), Kərim Benzema ("Real Madrid", İspaniya), Rahim Sterlinq ("Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Romelu Lukaku ("Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).

Tədbirdə həmçinin ilin ən yaxşı qadın futbolçusuna "Qızıl top", ən yaxşı qapıçısına isə Lev Yaşin mükafatı təqdim olunacaq. Sonuncu mükafata italiyalı Canluici Donnarumma, kosta-rikalı Keylor Navas (hər ikisi PSJ, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel ("Lester", İngiltərə), belçikalı Tibo Kurtua ("Real Madrid", İspaniya), seneqallı Eduard Mendi ("Çelsi", İngiltərə) və agentinalı Emiliano Martines ("Aston Villa", İngiltərə) iddia edirlər.

Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə Lionel Messi qazanıb.

"Neftçi"nin sabiq prezidenti, bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti postundan ayrılan Sadıq Sadıqov yenidən klub başqanı olacaq.

Fanat.az verdiyi məlumata görə, əməkdar idman xadimi növbəti mövsümdən "Səbail"ə rəhbərlik edəcək.

"Dənizçilər"in büdcəsinin artırılması və klubun Sadıqova həvalə edilməsi planlaşdırılıb. Artıq sözügedən futbol funksionerinin klubun əsas komandasını tapşırmaq istədiyi mütəxəssisin kimliyi də bəllidir. Bu, "Keşlə"dən ayrılandan sonra işsiz qalan Tərlan Əhmədovdur.

"Zestafoni” (Gürcüstan) klubunun yaradıcısı və prezidenti İlia Kokaya faciəvi şəkildə dünyasını dəyişib.

Offsideplus xəbər verir ki, 65 yaşlı iş adamı  Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən yıxılıb. O, başından zədə aldığına görə, hadisə yerindəcə keçinib. 

Qeyd edək ki, “Zestafoni”  klubu 2004-cü ildə İlia Kokaya tərəfindən yaradılıb.  Onun rəhbərliyi dövründı komanda 2 dəfə Gürcüstan çempionu və 1 dəfə də Superkubokun qalibi olmuşdur.

Polşa Ekstraklasasının son turu çərçivəsində Zabrzedə "Qornik"ə (2:3) uduzan "Legia" liqada ardıcıl 7 dəfə məğlub olub.

Fanat.az xəbər verir ki, ikinci hissənin startında əvəzetmədən oyuna qoşulan Azərbaycan millisinin üzvü Mahir Emreli 56-cı dəqiqədə fərqlənsə də, VAR-a baxan baş hakim ofsayd işarəsi ilə hücumçumuzun qolunu qeydə almayıb.

Beləliklə, Varşava klubu 1936-cı ildəki antirekordunu təkrarlayıb. Liqada sonuncu dəfə belə bir fəlakət 85 il əvvəl baş verib. “Legiya” həmin mövsüm cəmi 8 xal toplayıb, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və 105 illik tarixində yalnız bir dəfə yüksək liqanı tərk edib.

İran Qadınlararası Beynəlxalq Futbol Yarışı zamanı maraqlı anlar yaşanıb.

Baku.ws xəbər verir ki, İran və İordaniyanın qadınlardan ibarət futbol üzrə yığma komandaları arasında keçirilən oyun zamanı iranlı qapıçının əslində qadın deyil, kişi olduğu məlum olub.

İrana məğlub olan İordaniya komandası sonradan FİFA-ya şikayət edib.

Şikayətin araşdırıldığı bildirilir.

Azərbaycanlı idmançı Gözəl Zutova Yusif Fight Championship (YFC) turnirində növbəti qarşılaşmasına çıxıb.

Təmsilçimiz 10 saniyəyə Ermənistan təmsilçisi Nara Marqarosyanı nokaut edib. 

Sözügedən döyüşün videosunu təqdim edirik:

Türk mütəxəssis Samet Aybaba Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olduğunu təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bildirib. Samet Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb.

"Star"ın məlumatına görə, məşqçi təklifi qəbul edib. Samet Aybaba tezliklə rəsmi müqaviləyə qol əkəcək.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis karyerası ərzində Türkiyənin "Kayserispor", "Adana Dəmirspor", "Ankaragücü", "Vanspor", "Gənclərbirliyi", "Qaziantepspor", "Trabzonspor", "Ankaraspor", "Çaykur Rizəspor", "Bursaspor", "Bucaspor", "Beşiktaş", "Antalyaspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb.

Xəbər lenti