Trampın devrilməsinə hazırlıq başladı: ABŞ-da iqtisadi çöküş qaçılmaz sayılır

Tramp adminstrasiyasının radikal iqtisadi-siyasi qərarlarını ABŞ üçün "fəlakət ssenarisi"nə keçid kimi dəyərləndirən bəzi ictimai dairələr Ağ Ev sahibinə qarşı impicmentin tətbiq olunmasını tələb edirlər... Bu baxımdan, ABŞ-da hər ötən gün daha da güclənməkdə olan etiraz dalğasını da nəzərə aldıqda, Tramp adminstrasiyasının öz səlahiyyət müddətini sona çatdlra bilməyəcəyi ilə bağlı ehtimal indi qətiyyən istisna edilmir....

"Yeni Müsavat" xəbər verir ki, dünya son vaxtlar ciddi şəkildə qarışmağa başlayıb. Əksər Qərb dövlətləri Rusiya ilə yaxın gələcəkdə baş verəcəyi ehtimal olunan savaşa hazırlaşır. Dünya iqtisadiyyatının müharibə təhlükəsinə uyğunlaşdırılması istiqamətində atılan addımlar açıq-aşkar nəzərə çarpır. Yüz milyardlarla dollarlıq iri məbləğlər məhz silah bazarlarına yönəldilir. Və bütün bunlar Qərb ölkələrində həyat şəraitinin aşağı düşməsinə, sosial-siyasi böhranının yaranmasına yol açır.

Onu da qeyd etmək lazımdır ki, dünyanın hazırda üzləşdiyi hərbi-siyasi və maliyyə-iqtisadi xaosun əsas müəllifi məhz ABŞ-da cəmisi iki ay əvvəl hakimiyyətə gəlmiş Tramp adminstrasiyası sayılır. Hər halda, Tramp adminstrasiyası bir tərəfdən Kremlə böyük güzəştlər etməklə, Avropa Birliyi məkanında Rusiya ilə gələcək müharibə təhlükəsini aktuallaşdırdı. "Qoca qitə" ölkələrini hərbi xərcləri artırmaq məcburiyyətində buraxdı. Və nəticədə dünya hərbi iqtisadiyyat mərhələsinə keçid etmiş oldu.

tr-tic-images.jpg (10 KB)

Digər tərəfdən, Tramp adminstrasiyası bütün dünyada ticarət müharibəsinə də start verdi. Son günlər Ağ Ev sahibi Donald Tramp ABŞ-la ticarət əlaqələri olan bütün dünya ölkələrinə yüksək gömrük rüsumları tətbiq etdi. Ona görə də, hazırda ABŞ iştirak etdiyi bütün ticarət əməliyyatları əvvəlki dövrlərdən daha bahalı prosesə çevrildi. Üstəlik, Tramp adminstrasiyasının başlatdığı ticarət müharibəsi ehtimal olunduğu kimi bumeranq effekti də verməkdədir. Çünki Ağ Evin gömrük rüsumunu yüksəldiyi ölkələr də ABŞ-a münasibətdə adekvat addımlar atırlar. Və bundan da ABŞ iqtisadiyyatı artıq sarsıdıcı zərbələr almağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası rəsmi təbliğatı indi atılan radikal addımların yaxın gələcəkdə ABŞ-da iqtisadi yüksəlişə yol aça biləcəyi ilə bağlı ehtimallar üzərində qurmağa cəhd göstərir. Xüsusilə də, Ağ Ev iddia edir ki, guya ABŞ-ın yeni rüsum siyasəti ilk növbədə Çinə sarsıdıcı zərbələr vurur. Halbuki, Qərb iqtisadçıları Ağ Evin bu addımlarının məhz Çinə sərfəli olduğunu iddia etməyə başlayıblar. Və bu iddialar müəyyən iqtisadi arqumentlər ilə gündəmə gətirildiyindən Tramp adminstrasiyası hazırda ciddi narahatlıq içərisindədir.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının bütün dünya ölkələrini hədəfə alan gömrük rüsumlarının əks effekti artıq ABŞ iqtisadiyyatında neqativ nəticələr verməyə başlayıb. Üstəlik, neqativ nəticələr ABŞ iqtisadiyyatı üçün sadəcə, təsir faktoru olaraq deyil, hətta dağıdıcı prosesin başlanğıcı kimi dəyərləndirilir. Çünki, ABŞ iqtisadiyyatı çox qısa bir müddətdə trilyonlarla dollar itkiyə məruz qalıb. Xüsusilə də, ABŞ birjaları sözün əsl mənasında, xaos yaşayır. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən, eləcə də, son qərarlardan sonra ABŞ birjalarının təxminən 30 trilyondan çox dəyər itirdiyi bildirilir. Və bütün bunlara paralel olaraq, ABŞ dollarının da dəyər itirməkdə olduğu inkaredilməz reallıqdır.

tramp-savash.JPG (42 KB)

Təbii ki, bütün bunlar Tramp adminstrasiyasına olan etimadı ciddi şəkildə sarsıtmağa başlayıb. Çünki baş verənlər ilk növbədə ABŞ vətəndaşlarının həyat şəraitini sürətlə ağırlaşdırır. Nəticədə prezident Donald Trampın ictimai reytinqi artıq üzü aşağı yuvarlanmağa istiqamətlənib. Belə davam edərsə, tezliklə ABŞ-da sosial narazılıq dərin siyasi böhtana da yol aça bilər. Və Ağ Ev sahibi etiraz dalğasının təhlükəli görüntülər almaqda olduğunu artıq anlamağa başlayıb.

Maraqlıdır ki, prezident Donald Tramp özünün radikal iqtisadi-ticari qərarlarına haqq qazandırmağa çalışsa da, buna inandırıcı arqumentlər tapmaqda da çətinlik çəkir. Hələlik Ağ Ev sahibinin ABŞ-ın tezliklə daha güclü olacağını bəyan etməkdən, amerikalıları atılan addımlara dəstək verməyə çağırmaqdan başqa nəyəsə imkanı çatmır. Üstəlik, Tramp adminstrasiyası ABŞ cəmiyyətinin arqumentlərə və çağırışlara pozitiv reaksiya vermədiyini də açıq-aşkar müşahidə etmək məcburiyyətində qalıb. Və bu, o deməkdir ki, hazırda bütün dünyaya meydan oxumağa çalışan Tramp adminstrasiyası tezliklə ölkədaxili problemlərin girovuna da çevrilə bilər.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının iqtisadi-ticari siyasətindən narazı olan amerikalılar artıq küçə və meydanlara alışmağa başlayıblar. Üstəlik, Tramp adminstrasiyasına qarşı etiraz dalğası bütün ABŞ əraziinə yayılmaqdadır. Belə ki, milyonlarla insan ABŞ-ın əksər şəhərlərində Tramp administrasiyasına qarşı etiraz aksiyalarına çıxırlar. Ağ Ev sahibindən öz radikal qərarlarını ləğv etməyi tələb edirlər. Hətta prezident Donald Trampın istefasına yönəlik şüalar da artıq populyarlaşmağa başlayıb. Və bu, Tramp adminstrasiyasının gələcək taleyi ilə bağlı ciddi problemlərin ola biləcəyinə yönəlik ilk ictimai-siyasi əlamətlər hesab edilir.

trump-v-1739643701.jpg (357 KB)

Maraqlıdır ki, ABŞ siyasi dairələrində də prezident Donald Trampın istefa verməsinin vacibliyi indi tez-tez müzakirə mövzusuna çevrilməkdədir. Əsas arqumentlər isə ondan ibarətdir ki, prezident Donald Trampa ABŞ-ın və amerikalıların taleyinin etibar edilməsi olduqca böyük yanlışdır. Ona görə də, ABŞ iqtisadiyyatı tamamilə dağılıb, çökməmiş Tramp adminstrasiyasından ölkəni xilas etmək lazımdır.

Bu arqumentlərin müdafiəçiləri hesab edirlər ki, əks halda, ABŞ dünyanın adi dövlətlərindən birinə çevrilə və hətta dünya xəritəsindən silinə bilər. ABŞ-da bu qənaətdə olan bəzi siyasi-ictimai qruplaşmalar prezident Donald Trampa qarşı impicmentin tətbiq olunması üçün hazırlıq prosesinə başlayıblar. Və bu baxımdan, etiraz dalğası daha da güclənərsə, Tramp adminstrasiyasının öz səlahiyyət müddəti sona çatmadan devrulmə ehtimalı da qətiyyən istisna edilmir.

07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?

Xəbər lenti