Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlayıb.

 

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab prezident!

Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Fransa əlaqələri zəngin ənənələrə malikdir. Biz bu ənənələrin qorunub saxlanmasına, dostluq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, əməkdaşlığımızın davamlı və hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz özünün dinamik inkişafı və əhatə genişliyi ilə səciyyələnir. Qarşılıqlı maraq kəsb edən bütün sahələrdə birgə səmərəli işimiz xüsusən məmnunluq doğurur.

Eyni zamanda, qarşılaşdığımız ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik. Biz Ermənistan tərəfindən torpaqlarımızın işğalına son qoyulmasını, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllini səbirsizliklə gözləyirik. Bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrikdə qeyd edilir.

07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?

Xəbər lenti