Paşinyan öz hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Paşinyanın qeyri-müəyyən siyasəti Ermənistandakı mövcud böhranı daha da dərinləşdirir.

“Paşinyanın siyasətinin konturları hələ də naməlum olaraq qalır. O, Rusiya prezidenti ilə üç dəfə telefon danışığı aparması və görüşləri ilə fəxr edir. Eyni zamanda, Brüsseldə olarkən ölkəsinin Avropa istiqamətinə inteqrasiyasından danışdı. Ermənistan rəhbərliyi bu qeyri-müəyyən xəttini indi də ABŞ və İranla davam etdirir. Bildiyiniz kimi, Paşinyanın ABŞ-a səfəri gözlənilir. Erməni diasporası isə hazırda bu istiqamətdə çox böyük səylər göstərir. Düzdür, bu səfər baş tuta bilər, ancaq ABŞ siyasətçilərindən fərqli olaraq Trampın erməni diasporasının qarşısında hansısa məsuliyyəti yoxdur. Ona görə də Paşinyanın bu görüşə olan ümidləri boşa çıxacaq. Ermənistanda hazırda gərginlik, qarşıdurma meyilləri artmaqdadır. Hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Paşinyanın qeyri-müəyyən siyasəti İrəvanı uçuruma aparır. Ermənistanın yeganə xilas yolu sülh, yəni Azərbaycanın ərazilərinin azad edilməsi istiqamətində addımların atılmasından ibarətdir. Əks halda, Paşinyan nə öz hakimiyyətini, nə də Ermənistanın müstəqilliyini qoruya biləcək”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti