Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də Avstriyaya qısamüddətli səfər edib.

 

Axar.az xəbər verir ki, səfərin əsas məqsədi Avstriyanın Xarici İşlər naziri Karin Knayslın toy mərasimində iştirak etmək olub. Avstriyanın Ştiriya əyalətindəki Qamlits qəsəbəsində baş tutan mərasimə, həmçinin bu ölkənin federal kansleri Sebastian Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe, ölkənin müdafiə və nəqliyyat nazirləri, OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən qonaqlar qatılıblar.

Rusiyanın dövlət başçısının avstriyalı biznesmen Volfqanq Maylinqer ilə nikah bağlayan Karin Knayslın toy mərasimində iştirakı Avstriyada və digər Avropa ölkələrində birmənalı qarşılanmayıb. Rusiyaya qarşı sanksiyaların mövcud olduğu dövrdə Avstriya hökumətinin əsas üzvlərindən birinin şəxsi mərasiminə V.Putinin dəvət olunmasını tənqid edənlər, Avstriyanı ümumavropa mövqeyini pozmaqda və Avropada Rusiya Prezidenti üçün dayaq nöqtəsinə çevrilməkdə ittiham ediblər. Toy mərasimində iştirak edən Avstriyanın müdafiə naziri Marion Kunasek ittihamlara cavab olaraq bildirib ki, V.Putinin şəxsi dəvət əsasında toy mərasiminə qatılması Avstriyanın xarici işlər nazirinə verilən yüksək dəyərin təcəssümüdür və səsləndirilən tənqidlərin heç bir əsası yoxdur. Ənənəvi olaraq Avstriyanın bütün tərəf müqabilləri ilə ünsiyyəti qorumağı bacardığını qeyd edən M.Kunasek xarici siyasət idarəsinin rəhbəri K.Knayslın öz peşə fəaliyyəti çərçivəsində bu diplomatiyanı həyata keçirdiyini qeyd edib.

Avstriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da Rusiya Prezidentinin toy mərasimində iştirakının şəxsi xarakter daşıdığı və K.Knayslın şəxsi qonağı kimi dəvət olunduğu vurğulanıb.

Toy mərasimində iştirakdan sonra V.Putin Almaniyanın kansleri Angela Merkel ilə danışıqlar üçün Berlinə yola düşüb.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti