Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib. Millət vəkili vurğulayıb ki, Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, eyni zamanda, təhlükəsizlik, sabitliyin qorunmasına müsbət mənada öz təsirini göstərərək, iqtisadi sahədə də geniş imkanlar yaradacaq və inkişafa öz töhfəsini verəcək:

“Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxararaq, dövlətlərə və xalqlara fayda gətirəcək. Əldə olunmuş razılıq Transxəzər borularının tikilməsi üçün lazımı şərait yaradır ki, bu da Azərbaycanın nəqliyyat imkanlarını xeyli genişləndirir, ölkənin tranzit potensialını artırır, geosiyasi çəkisinin yüksəlməsi üçün əlverişli mühit yaradır”.

Millət vəkili bildirib ki, Xəzərin hüquqi statusunu müəyyən edən yekun Konvensiyanın tarixi əhəmiyyətinin ən əsas göstəricisi isə regionda və bütövlükdə qlobal aləmdə sülhə və təhlükəsizliyə xidmət göstərməsidir:

“Məhz bu mənada Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün razılaşdırılmış Konvensiyanın əhəmiyyəti müqayisəedilməz dərəcədə böyükdür”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti