Ermənistan yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Ermənistanın indiki vəziyyətdə regionda işğalçılıq siyasətini çox davam etdirə bilməyəcəyini düşünür:

“Ermənistan getdikcə özü özünü zəiflədir. Bu da onun siyasətinin çox yarıtmaz, qeyri-adekvat olmasından irəli gəlir. Çünki bu ölkə artıq özünü böyük əməkdaşlıq planlarından təcrid edib. İşğalçı dövlət bununla da oyundan kənar vəziyyətdə qalaraq onsuz da ağır olan durumunu bir qədər də dərinləşdirib. Ermənistanın funksiyası təhlükə, təhdid və risklər istehsal etməkdən ibarətdir. Ona görə də heç bir normal dövlət belə məmləkətlə münasibət qurmağa cəhd göstərməz. Belə elə bir vəziyyətdə qonşu dövlətlərin Ermənistana xüsusi mübarizə aparmasına ehtiyac yoxdur. Bu gün Azərbaycan, Türkiyə, hətta Rusiya və İranın təkcə elə Ermənistana əl uzatmaması işğalçıya qarşı ən yaxşı mübarizə üsuludur. Bir az obrazlı desək, Ermənistan dənizdə batan bir subyektə bənzəyir və yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır. Azərbaycan və digər qonşu ölkələr isə regional və beynəlxalq imtiyazların generatoru rolunu oynayırlar”.

Politoloq hesab edir ki, İran da artıq Ermənistandan uzaqlaşmağa başlayacaq:

“Ermənistanın qərb meyilli siyasəti İrana heç cür sərf etmir. Digər tərəfdən bu siyasətin fonunda Paşinyan və onun ətrafının Rusiyadan uzaqlaşmaqla və rus bazasını Ermənistandan xaric etməklə NATO qüvvələrinin, Qərb dövlətlərinin hərbi siyasi qüvvələrini ölkəyə gətirməsi istisna edilmir. Belə olan halda Tehran bu vəziyyətlə nəinki razılaşmayacaq, həm də buna maneçilik törədəcək, sədlər qoyacaq. Bu baxımdan Türkiyə, İran və Rusiyada da artıq bilirlər ki, Ermənistan bir subyekt kimi özü özünə nəyi ehtiva edir. Buna görə də sözügedən dövlətlər Ermənistanın dağıdıcı potensialını getdikcə minimallaşdıracaqlar. Zənnimcə, bu reallıq fonunda Ermənistanın Azərbaycan, Gürcüstan, Türkiyə və İrana qarşı ərazi iddiaları və “Böyük Ermənistan” xülyası öz-özünə boğulacaq. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün ilk növbədə bir dövlət kimi özünü xilas etməlidir. Bu isə indiki zamanda tamamilə mümkünsüz görünür”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti