Rusiyaya qarşı sanksiya mexanizmi yenidən işə düşdü. Dünən ABŞ Senatına təqdim olunmuş sanksiya qanununun mətninin yayılması Rusiya maliyyə bazarlarında çaxnaşma yaratmışdı.

Proses bu gün də davam edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, ABŞ hökuməti tərəfindən Skripal işi ilə əlaqədar Rusiyaya qarşı ikimərhələli sanksiya planının elan olunmasıdır:

“Xəbər dünən axşam yayıldı, bu gün birjalar açıldıqdan sonra Rusiya şirkətlərinin səhmlərində növbəti ucuzlaşma başladı. “Aeroflot”un səhmləri 12%-dən çox, “Sberbank”ın səhmləri 6% civarında, VTB-nin səhmləri 7%-dən çox ucuzlaşdı, rubl da düşməyə davam etdi. Avqustun 22-dən etibarən ABŞ Rusiyaya milli təhlükəsizlik sahəsi ilə bağlı olan elektron qurğuların və onların komponentlərinin, o cümlədən aviasiya sahəsində istifadə olunan cihazların ixracını tam dayandıracaq. Bu, kimyəvi və bioloji silahlar üzərində nəzarət və onların tətbiqinin qadağan olunması haqqında 1991-ci il tarixli qanuna əsasən edilir. ABŞ şərt qoyur ki, Rusiya bu tip silahlardan bir daha istifadə etməyəcəyinə dair 3 ay ərzində təminat verməli və öz ərazisinə beynəlxalq müfəttişlərin buraxılmasına razılaşmalıdır. Əks təqdirdə, sanksiyaların ikinci, daha ağır mərhələsi başlayacaq. Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq (səfir geri çağırılacaq), “Aeroflot”un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək”.

Politoloq qeyd edib ki, sözügedən qanun indiyədək yalnız iki ölkəyə qarşı tətbiq edilib:

“Bu qanun 2013-cü ildə Suriyaya, 2018-ci ildə Şimali Koreyaya qarşı tətbiq edilib. Rusiya faktiki bu ölkələr və İranla eyni kateqoriyaya aid edilir və onun qarşısında kimyəvi silahlarının saxlanıldığı hərbi obyektlərini beynəlxalq müfəttişlərə açmaq tələbi qoyulur. Aydındır ki, Moskva alçaldıcı görünən şərtləri yerinə yetirməyəcək, bunu şərt qoyanlar da bilir. Belə görünür ki, Putin geri addım atmasa, onun qarşıdakı 5,5 illik səlahiyyət müddətində sanksiyalar ağırlaşmaqda davam edəcək, nəticədə Rusiya iqtisadiyyatı komaya düşəcək. Böyük ehtimalla ABŞ-ın sanksiyalarına Britaniya da qoşulacaq”.

Qeyd edək ki, keçmiş casus Sergey Skripalla bağlı Rusiyaya sanksiyalar avqustun 22-si işə düşəcək.

Yeni sanksiyalar 2 fazaya bölünəcək. İlk fazada Rusiyaya elektron cihazların və ehtiyat hissələrin ixracatı tamamilə qadağan olunacaq. İkinci sanksiya paketi isə Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyi barədə zəmanət verməyəcəyi təqdirdə, 3 ay sonra isə düşəcək.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti