Mənim Serj Sərkisyan və Robert Köçəryanla 23 illik mübarizə stajım var.

1997-ci ildə Köçəryan baş nazir təyin olunanda mən Levon Ter-Petrosyana dedim ki, o sənin qəbirqazanına çevriləcək, necə ki, bu baş verdi.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan mülki aviasiyasının keçmiş rəisi Şaqen Petrosyan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib.

Ş.Petrosyan Köçəryanın həmin vaxt prezident seçilməsinin konstitusiyaya zidd olduğunu bildirir:

“Hansısa Alvina Zəkəryan adlı birisi Robert Köçəryanın guya 10 il ərzində Ermənistanda yaşadığı barədə arayış verdi. Halbuki Ermənistan vətəndaşlığı haqqında qanuna görə Qarabağ əhalisinə vətəndaşlıq deyil, ölkədə sərbəst gəzmək üçün pasport təqdim olunurdu”.

Ş.Petrosyan Köçəryanın Rusiya imperializminin adamı olduğunu və daima Moskvanın göstərişlərini icra etdiyini sözlərinə əlavə edib. Keçmiş məmur eks-prezidentin tərəfdarlarının mitinq keçirmək istəyi ilə bağlı suala cavab olaraq onların vaxtilə ermənilərə qarşı mitinqlərdə amansız divan tutanlar olduğuna işarə vurub. “Elə adamlar var ki, 2008-ci il 1 mart hadisələrində Köçəryanla birlikdə hərəkət ediblər. Qoy mitinqlərini keçirsinlər...”.

Şaqen Petrosyan Köçəryanın Ermənistana qarşı əsl cinayətkar kimi davrandığını qeyd edib.

“Köçəryanın zirzəmisində hələ çox “meyitləri” görəcəyik. Bunların içində konstitusiyanın pozulması, sənədlərin saxtalaşdırılması,Ermənistanın mülkiyyətinin mənimsənilərək ruslara peşkəş edilməsi, dağ-mədən sənayesinin məhv olunması, mülki aviasiyanın yox edilməsi də var. Təsəvvür edin, bu ölkənin milli aviadaşıyıcısı ümumiyyətlə yoxdur. Ermənistana investisiya qoymaq istəyən neçə investora kələk gəliblər, neçə insanı intihara məcbur ediblər. İrəvanın mərkəzində yaşayan sakinləri öz mənzillərindən qovub, əvəzində onlara verilən heç bir vədi yerinə yetirməyiblər...Buna görə Köçəryan cavab verməli deyilmi?” - Petrosyan bildirib.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti