“Prezident əmr verdi, bir neçə saata 7 kəndi aldıq”

“Mən özüm Ağdam rayonundanam. O səsi Qarabağda qazanmışam. 30 ildir bu həsrəti gözləyirdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov son günlər cəbhədə baş verən erməni təxribatına münasibət bildirərkən deyib. O bildirib ki, ermənilər dinc əhaliyə qarşı təxribat törətməklə heç nəyə nail ola bilməyəcəklər, Azərbaycan ordusu layiqincə cavab verəcək:

“Mən Ali Baş Komandanımızın əmrini gözləmişəm. Əmr versin və ordumuz hücuma keçsin. Mən hər yerdə Qarabağ adı ilə çıxış edirəm. Mənim silahım səsimdir. Biz dünyaya sülhsevərliyimizi bildirmişik. Biz ermənidən torpaq istəmirik. Ermənilər dünən təkrar təxribat törətdilər. Prezident əmr verdi, ordumuz əks hücuma keçdi. Bir neçə saat içində 7 kəndi aldıq.

Bizim qüdrətli ordumuz var. Biz ordumuzdan qələbə xəbəri gözlədiyimiz qədər, xalqımızdan dözüm gözləyirik. Mənim üçün ən böyük hədiyyə torpaqlarımızın azad edilməsi ola bilər. Düşünürəm ki, ordumuz zəfər çalacaq. Biz həsrətlə o günü gözləyirik. Azərbaycan əsgəri, hamımız sənin arxandayıq. Xalqımızı bir olmağa çağırıram. Lazımsız xəbərləri yaymasınlar. Rəsmi olan xəbərlərə inansınlar”.

Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan rəsmi olaraq boşanıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Oqtay “İnstagram” səhifəsində məlumat verib. O, boşanma sənədini yayımlayaraq, belə qeyd edib:

"Artıq boşanmağımız rəsmən təstiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Siz çox şeyi İnstagramda görürsünüz, amma mənim etdiyim çox şeyi görə bilməzsiniz. Nə xəyanət olub, nə də başqa bir şey. Şər-böhtanlar atıldı keçdim. Mənim barəmdə nəsə paylaşım olsa, dəqiqliklə nə üstə ayrıldığımızın hamısını danışacam. Uzun müddətdir ki, ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı, razı oldum, tək istədiyim ailəmi geri qaytarmaq idi. Hətta mənim səhvim olmaya-olmaya. Bunun üçün çox cəhdlər etdim, təəssüf o insan razılaşmadı.

Sevgimi, ailəmin arxasında dayandıgımı üzə deyirəm, internetdə paylaşmırdım. Video qoyub göz yaşıma görə nə reytinq yığdım, nə də sevgi çarxları paylaşdım ki, kiminsə yazığı gəlsin. İzləyicilər mesaj yazırlar, ona görə də məcbur paylaşım edirəm.

Daha bu ailə yoxdur. Bu barədə mənə hec ̧nə yazmayın, video, şəkil göndərməyin. Sevgimi, verdiyim dəyəri 5 il əvvəl və evlilik dövründə sübüt etmişəm. Uşaqlarımın anasıdır. Ona görə də günlərdir susuram, əsil səbəbləri açıqlamıram. Tək istəyim mənə şər və böhtan atılmasın!".

Qeyd edək ki, Aysel Şükürova həyat yoldaşından xəyanətə görə boşandığını deyib.

Xalq artisti Fəxrəddin Manafov ötən gün gecə saatlarında Mərkəzi Klinikaya aparılıb.

Kulis.az xəbər verir ki, o, böyrək sancılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib.

Məlumatı Mərkəzi Klinikadan təsdiq ediblər və bildiriblər ki, ilkin müayinə və müalicədən sonra aktyor özünü yaxşı hiss edib və evə buraxılıb.

Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyindən əziyyət çəkdiyini etiraf edib.
“Ölkə.Az” xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində məlumat verib. Uzun zamandır efirlərdən uzaq qalan ifaçı, əməliyyat olunduğu barədə də bildirib.

“Bəli, əməliyyat oldum, kiçik bir əməliyyatdır, narahat olmağa dəyməz. Mən heç vaxt istəməmişəm ki, öz ağrı acılarımı gündəmə gətirim. Hər bir insanın başına gələ bilər. Düzdür, məndə elə bir qorxulu xəstəlik yox idi. İstədim bunu biləsiniz. Mən sizi çox sevirəm”,- deyə bildirib.

Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.

Alim Qasımov qalmaqallı
Xalq artist Alim Qasımov azərbaycanlı ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycan torpaqlarınınİran ərazisi kimi göstərilməsi barədə yazılan xəbərlərə münasibət bildirib.

“Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, bu barədə xəbərsiz olduğunu deyib.

“O, klipi mən çəkdirməmişəm və bundan heç bir xəbərim yoxdur. Yayılan xəbərlər əsassızdır”,- deyə Xalq artisti qeyd edib.

Qeyd edək ki, Taleh Boradigahi ilə Alim Qasımovun duet oxuduğu mahnıya çəkilmiş klipdə Azərbaycanın cənub bölgəsi İran ərazisi kimi göstərilib. 

Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi

Azərbaycanın “Eurovision-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur. 

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Bu gün Milli Musiqi Günüdür
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Alim Qasımovun klipində cənub zonası İran ərazisi kimi göstərildi
Xalq artisti Alim Qasımovun azərbaycanlı ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycan torpaqları İran ərazisi kimi göstərilib.
Yenisabah xəbər verir ki, xanəndənin yer aldığı “Hədəfim Hüseyndir” adlı klipdə divara vurulan Azərbaycan xəritəsində cənub zonası İran ərazisi kimi göstərilib.

Klipdəki kadrlar sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Sənətçi bu addımına görə sərt tənqid edilib.
Həmin görüntüləri klipin 8-ci saniyəsində izləyin:
Halil Sezai üsyan edən qonşusunu döydüyü üçün saxlanıldı

Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezainin film çəkilişlərinə mane olan qonşusunu döydüyü və hədələdiyi idda edilib. Bundan sonra o, saxlanılıb.
Oxu.az xəbər verir ki, Halil Sezai və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyiblər. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç buna razı olmayıb. Bu səbəbdən onların arasında aprel ayından bəri mübahisə davam edir.
Sonda Halil Sezai yanında iki nəfərlə Hüseyn Meriçin evinə gedib. İddiaya görə, Halil Sezai və yanındakılar Meriçi döyüb və hədələyib. Bundan sonra Meriç polisə şikayət edib.

Hadisə ilə bağlı istintaqa başlanılıb. Şikayətdən sonra saxlanılan Halil Sezai və yanındakı şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Çəkilişə etiraz edən qonşusunu döydü

Türkiyənin məşhur müğənnisi Halil Sezai İstanbul Polis Şöbəsinə aparılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin Tuzla ərazisindəki evində film çəkdiyi üçün qonşusu ilə mübahisə etməsi olub.

Bildirilib ki, məhəllə sakini çəkilişlərə etiraz edib. Buna əsəbiləşən Halilin sözügedən şəxsə hücum edərək onu döydüyü iddia olunub.

Sənətçi hadisədən sonra bölməyə çağırılaraq ifadəsi alınıb.

Xəbər lenti