Müğənni Günel Ələkbərova pandemiyada qazancı azaldığından kreditə aldığı evinin aylıq haqqını ödəməkdə çətinlik çəkir.

Unikal.org xəbər verir ki, hətta bank müğənniyə evini satışa çıxaracağı barədə xəbərdarlıq edib.

Belə ki, "Günə 1 şou" verilişində qonaq olan Afət Fərmanqızı bu barədə açıqlama verərək, Günel Ələkbərovanın banka olan borcunu müğənni Manaf Ağayev tərəfindən ödənildiyini bildirib. Manaf Ağayev bu xanım müğənninin borcunu ödədi - FOTO

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Bunu “Report”a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.

O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

Türkiyənin əfsanəvi musiqiçisi Barış Mançonun ölümündən 22 il ötür.

“Haber Global”ın məlumatına görə, bu münasibətlə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” hesabında paylaşım edib.  

Dövlət başçısı mərhum sənətçi ilə çəkilən fotosunu paylaşaraq bunları yazıb:

“Musiqi dünyamızın dəyərli ağsaqqallarından biri olan və yaşından asılı olmayaraq, hər kəsin yaddaşında çox fərqli bir yerə sahib olan Barış Mançoyu ölümünün 22-ci ildönümündə rəhmət və hörmətlə anıram”.

“Yalan xəbərdir, Rəmiş sağdır”.
 
Bu sözləri məşhur gitaraçı, xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova BAKU.WS-ə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, artıq belə yalan xəbərlərdən beziblər.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Rəmiş kimi tanınan Rafiq Hüseynovun ölüm xəbəri yayılıb.
 
Xatırladaq ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub.
“Rəmiş əməliyyat olunsa, sağ çıxmayacaq”

“Həmin Zaur” proqramı səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evindən reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal gitara ifaçısına evində baş çəkərək onun son görüntülərini lentə alıb.

Xalq artistinin xanımı Gülü qeyd edib ki, Rəmişin yaşı və bronxlarında yaranan problem səbəbindən qaraciyər transplantasiyası həyata keçirilməyəcək:

“Rəmişdən ötrü hər gün ağlayıram. Bronxlarından əziyyət çəkirdi. İndi də qaraciyər bir tərəfdən problem yaratdı. Su yığılıb, bir dəfə çəkdirmişik. Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq, nəfəsində, ağciyərində də problem var. Əməliyyat olsa, sağ çıxmaz. İndi müalicə üsulu ilə sağaltmağa çalışırıq.

Camaat da deyir ki, guya mən yardım istəmişəm. Mənim heç kimin pul yardımına ehtiyacım yoxdur. Dövlət ona ev, fəxri ad verib”.

ARB TV-də yayımlanan "Həmin Zaur" proqramında uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin görüntüsü yayımlanıb.

Meyxana ustadının ailəsi sənətçinin son görüntülərinin yayımlanmasına razılıq verməyiblər və onun ötən ilin may ayında ad günündə çəkilmiş kadrı təqdim ediblər. 

Meyxanaçının oğlu Kamil atasının yataq xəstəsi olduğunu bildirib: 

"Həkimlər deyir ki, sağalmasına ümid var. Ümümilikdə, 4 ildir xəstəlikdən əziyyət çəkir, 1 ildən çoxdur ki, yataqdadır. Ətraf mühitlə əlaqəsi yaxşıdır. İnsanları tanıyır, yaxşıdır. Huşu da yerindədir. Biraz ayaqlarında problem var. Ona görə də gəzə bilmir".
 

 

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.

Axşam.az xəbər verir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqda yazılmasının onu narahat etdiyini bildirib:

"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".

Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.

Qeyd edək ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.

ATV-nin idman jurnalisti Vüsal Qurbanov doğulduğu, işğaldan azad edilmiş Zəngilan rayonuna ezam olunub.

Ölkə.Az xəbər verir ki, jurnalist Zəngilanda öz evlərini tapıb.

Həmin vaxt Vüsal Qurbanov qəhərlənib və bu sözləri deyib:

“Gözün aydın olsun, ata! Ruhun şad olsun, ana! 27 ildir həsrətində olduğunuz evimizdəyəm”.

"Vərdiş pis şeydir,erməni dığası ovunnan sonra qaratoyuq ovu,ermənini quşla əvəz etmişəm"

Bu sözləri müğənni Vüqar Muradov sosial media hesabında yazıb.

Hazırda Qaxda olan müğənni əlində silahla şəklini paylaşıb.

O, quş ovuna çıxdığını xüsusilə vurğulayıb.

Həmin fotonu təqdim edirik:

 
 
 
Əməkdar incəsənət xadimi Məlahət Abbasova Xalq artisti Röya Ayxanı sərt şəkildə tənqid edib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək R.Ayxanın Yeni il axşamı rəqs videosu paylaşmasının doğru olmadığını bildirib:

"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın. Özü də anasan".

Qeyd edək ki, M.Abbasova daha əvvəl R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.

Xəbər lenti