Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər planı imzalayıb.

 

Report xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə təbii sərvətlər naz­irinin müavini Firdo­si Əlizadə deyib.

O bildirib ki, tədbirlər planı əsasında işlər görülür: "Tədbirlər planının hazırlanmasında məqsəd iki nazirliyin birlikdə ekologiya və ətraf mühitin mühafizəsinə yönəlik fəaliyyət göstərməsidir. Yəni, qanunsuz qum-çınqıl, meşə materialı, torpağın üst qatının daşınmasına qarşı birgə mübarizə aparacağıq. İaşə obyektləri tərəfindən edilən qanunsuzluqlara qarşı da Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər görəcəyik".

Xəbər lenti