11:30

Ümumiyyətlə, Azərbaycan Hava Yolları QSC-nin özəlləşdirilməsi təklifini müsbət qiymətləndirirəm.

 

Bu sözləri Axar.az-a Avropa İttifaqının “Aviasiya sazişi” ilə bağlı Azərbaycana təklifləri haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda özəlləşmə prosesi prezidentin müvafiq tapşırığına uyğun olaraq davam etdiriləcək:

“Düzdür, bu yaxınlarda ikinci aviaşirkət yaradılıb, ancaq AZAL faktiki olaraq ölkədə yeganə əsas milli aviaşirkətdir. O üzdən hesab edirəm ki, AZAL özəlləşdirilsə, bu aviaşirkətin dövlət büdcəsinin vəsaitinə ehtiyacı olmayacaq. Beləliklə, AZAL özü özünü maliyyələşdirmə prinsipinə keçə və xaricdən daha çox investisiya cəlb edə bilər. Bu üzdən aviaşirkətin özəlləşdirilməsi prosesinə baxıla bilər. Çünki bu məsələ uzun müddətdir ki, gündəmdədir”.

Millət vəkili təkcə AZAL-ın deyil, dövlət mülkiyyətində olan bir sıra şirkətlərin də özəlləşdirilməsinin gündəmdə olduğunu deyib:

“Ancaq elə sahələr var ki, onlar strateji sahələrdir və dövlət üçün əhəmiyyətlidir. Dövlət bu sahələri daha çox öz himayəsində saxlayır ki, orada ciddi problemlər yaranmasın. Ancaq beynəlxalq aləmə nəzər salsaq, dünyada aviaşirkətlərin çoxu özəldir. Burada qeyri-adi bir şey yoxdur. Bu baxımdan da AZAL-ın özəlləşdirilməsi prosesi gedə bilər. Ancaq bunu elə etmək lazımdır ki, sonradan ciddi problemlər yaranmasın”.

Deputat AZAL-ın özəlləşdirilməsi prosesinin gecikməsinin səbəblərinə də aydınlıq gətirib:

“Bu, asan proses deyil. Faktiki olaraq Azərbaycanda özəlləşdirilməmiş çox az müəssisə qalıb. Ölkədə əsas müəssisələr demək olar ki, özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Yəqin ki, AZAL-ın özəlləşdirilməsi məsələsi də yavaş-yavaş öz həllini tapacaq”.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) “Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. Təkliflər arasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti