“Global Media Group” və “Baku TV" AZAL-ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlayıb - VİDEO

“Global Media Group” və “Baku TV" ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi haqqında sənədli film hazırlayıb.

 “J2-8243: Son uçuş” adlı sənədli film ümumilikdə dörd hissədən ibarətdir.

Filmdə qəza nəticəsində həlak olanların, sağ qalanların və onlara yardım edənlərin həyat hekayəsindən bəhs olunur.

Ekran işinin “Biri var idi, biri yox” adlı ilk hissəsində təyyarə qəzası zamanı yüksək peşəkarlıq nümayiş etdirərək qəhrəmancasına həlak olan baş pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri onlar barəsində xatirələrini bölüşüblər.

Ekipaj üzvlərinin ailəsi Milli qəhrəmanların yüksək peşəkarlıqları və işlərinə olan sevgiləri barədə fikirlərini ifadə ediblər.

“Hər şey yaxşı olacaq” adlanan növbəti hissədə isə ekipaj üzvlərinin yüksək peşəkarlığı sayəsində sağ qalan sərnişinlərin bir qismi və ekipaj üzvləri Zülfüqar Əsədov danışıb.

Sənədli filmin üçüncü hissəsi olan “Aktau”da isə qəzadan dərhal sonra hadisə yerinə gələn Qazaxıstandan olan köməkçi qrup üzvləri, jurnalistlər və qəza şahidləri fikirlərini bölüşüblər.

“Necə oldu?” adlı dördüncü hissədə qəzanın baş verməsindən sonra olan hadisələrin ümumi təfərrüatı və Prezident İlham Əliyevin Rusiya səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtması, dərhal müşavirə keçirməsi və digər detallar barədə məlumat verilib. Bu hissədə ekspert və politoloqlar, eləcə də AZAL-ın əməkdaşları qəza barəsində danışıblar.

Ekran işində həmçinin qəzadan sonra həlak olan və sağ qalan ekipaj üzvlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə yüksək səviyyədə təltif edilməsi, sağ qalan sərnişinlərə peşəkar tibbi xidmətin göstərilməsi və dövlət qayğısı xüsusilə qeyd olunub.

Müsahiblər buna görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

Sənədli filmin sonunda qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırmanın davam etdiyi və rəsmi açıqlamanın hələlik verilmədiyi vurğulanıb.

Qeyd edək ki, sənədli filmin rəhbəri İman Məcidov, müəllifi və rejissoru Kübra Uygun Sertdağ, quruluşçu operatoru Bəhruz Abbasov, baş prodüseri isə Arzu Səfərovadır.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti