Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır.

Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır. Bəzi vətəndaşlar elə bu qiymətə görə toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.

Xəzər xəbər-in məlumatına görə, əksər vətəndaşlar bu qiymətlərin həddindən artıq şişirdildiyini düşünür.

Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.

Bəs görəsən, restoranlarda menyuların bu dərəcədə baha olmasının səbəbi nədir? Ümumiyyətlə restoran işlədənlər bahalı menyuların səbəbini nə ilə izah edir?

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var

Qeyd edək ki, restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti