Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini icra etməyə məcburdur.

Ona nə Baqdasarov, nə də Solovyevdən birbaşa öhdəliklər verilir.

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib.

“Hazırda Moskva ilə Bakı arasında çox aktiv yaxınlaşma müşahidə edilir. Azərbaycan mütəmadi olaraq Rusiyanın daha vacib, daha təsirli və daha etibarlı müttəfiqinə çevrilir. Bu isə Ermənistanın maraqların zərər vurmur. Onlar deyirlər ki, Rusiya Ermənistanın müttəfiqidir və buna görə də Azərbaycana qarşı olmalıdır. Rusiyanın Ermənistanı tam müdafiə etməsi və Azərbaycana qarşı mübarizədə kömək etməsi tamamilə yanlışdır. Rusiya Ermənistanın müttəfiqidir, amma əslində Rusiya indiki halda özünün baş strateji müttəfiqi kimi Azərbaycanı görür. Məhz Azərbaycandakı konfrans da buna həsr edilmişdi.

Bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi mərkəzi televiziyaları, əsas verilişləri istifadə edərək dişini göstərdi. Mən Bakıdakı görüşün təşkilatçılarından biriyəm. Bu konfransda antierməni əhval-ruhiyyəli heç nə səsləndirilməyib. Burada Rusiya və Azərbaycan arasında yaxınlıq, tərəfdaşlıq, strateji inkişaf məsələlərindən, Dağlıq Qarabağ konfliktinin əvvəlki erməni rəhbərliyinin Azərbaycana 5 rayon verməsiylə bağlı razılaşmaları çərçivəsində həllindən bəhs edilib.

Biz görürük ki, Solovyevin bir sıra ekspertləri də dəvət etdiyi proqramında tamamilə qəbuledilməz, Azərbaycanı dostluq missiyası ilə ziyarət edən rusiyalı deputatlar və ekspertlərini şeytanlaşdıran fikirlər səsləndirilib”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistan son zamanlar NATO ilə yaxınlaşmaq xəttini tutub:

“İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu, tamamilə yolverilməzdir. Əgər Ermənistanın nə isə xoşuna gəlmirsə, o, korrektə edilmiş formullar tapa bilərdi.

Əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, o özündən əvvəlkilərin xəttini davam etdirməlidir – 5 rayonu geri verməlidir. Bundan əvvəlki razılaşmalar ayrıca şəxslərlə deyil, dövlətlərlə imzalanıb. Çox dövlətlərdə rejimlər dəyişir, amma onlar əvvəlki rejimlərin borclarını icra edirlər.

Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”.

Qeyd edək ki, rusiyalı deputatlar və ekspertlərdən ibarət qrup Azərbaycana səfər edərək, “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi” konfransında iştirak ediblər. Konfransdan sonra nümayəndə heyətinə, özəlliklə də deputat Dmitri Savelyevə qarşı erməni lobbisinin hücumları artıb. Ən sərt çıxış əslən erməni olan rusiyalı ekspert Semyon Baqdasarov tərəfindən Vladimir Solovyovun verilişində səsləndirilib. O, Savelyevin məhvi haqqında çağırışlar edib.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti