Qatarların hərəkətini təmin etmək üçün lazım olan 825 voltluq generatorlar Bakı Metropolitenində yoxdur.

 

Bu sözləri Axar.az-a açıqlamasında metropoliten üzrə mütəxəssis Nəsimi Paşayev Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə metropolitendə qatarların fəaliyyətini təmin edəcək generatorların qurulması üçün təkliflərin hazırlanması barədə göstərişini şərh edərkən deyib. N.Paşayev qeyd edib ki, hazırda metropolitendə iki cür generator var:

“Yarımstansiyalarda olan 220 voltluq generatorlar stansiyaların işıqlandırılmasını, 330 voltluq generatorlar isə böyük ventilyatorların hərəkətə gətirilməsini təmin edir. Ancaq metro qatarları adi cərəyanla deyil, yüksək cərəyanla hərəkət edir və mövcud generatorlarla qatarları hərəkətə gətirmək mümkün deyil. Qatarları hərəkətə gətirmək gücündə olan yüksək gərginlikli generatorlardan başqa ölkələrdə var. Belə generatorların texnoloji baxımdan Bakı Metropoliteninə tətbiq olunması mümkündür”.

Ekspert bildirib ki, hazırda Bakı Metropolitenində mövcud olan generatorlar hər zaman işlək vəziyyətdə olur və işıq kəsilən zaman fəaliyyətə başlayır:

“Ötən gün baş verən qəza zamanı həmin generatorlardan doğrudan da tunellərin işıqlandırılmasında istifadə edilib və ventilyasiyalar da işləyib”.

Nəsimi Paşayev ventilyasilara rəğmən metronun havasız olmasını belə izah edib:

“Metropolitenin havasız olması ölkədəki hava şəraitindən, istidən asılıdır. Çünki metrolarda kondisioner sistemi yoxdur. Havalandırma sistemi ayrı-ayrı nöqtələrdə olan ventilyatorlar vasitəsilə metronun içərisində, tunellərdə havanın sirkulyasiyasını həyata keçirir. Yəni süni külək yaradılır. Belə bir qayda var ki, havanın temperaturu bayırda 35 dərəcəni keçərsə, metronun içərisinə həmin havanın vurulması qadağandır. Çünki metropolitendəki temperatur çöldəkindən daha sərin olur”.

Qeyd edək ki, Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə metropolitenin fövqəladə vəziyyətlərdə qatarların hərəkətə gətirilməsi üçün generatorların olmamasını “acınacaqlı fakt” adlandırıb və bu cür generatorların quraşdırılması üçün təkliflər hazırlanmasını tapşırıb.

10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur

Xəbər lenti