![]() |
|
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də səfər edəcək.
Tanınmış jurnalist Səbuhi Məmmədlinin müalicəsi Ukraynanın Poltava Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
“Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə hazırdırsa, o zaman biz də hazırıq”.
Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərara dəyişiklik edilib.
Bir müddət əvvəl Cəlilabad rayonunun Alar kəndində yaşanan olay indi də Günəşli kəndində baş verir. Naməlum şəxs və ya şəxslər sakinlərə məxsus fərdi evlərə girir, əşyaları darmadağın edir, istədiklərini isə oğurlayırlar. Sakinlərin dediyinə görə, 15 gün olar ki, Günəşli kəndində bu hadisələr baş verir. Son bir həftə ərzində dörd nəfər kənd sakinin evində olan əşyalar yararsız hala salınıb.
Sakinlərin bildirdiyinə görə, bu halın ayrı-ayrı evlərdə təkrarlanması vətəndaşlarda təşviş yaradıb.
Xəzər Xəbər-in məlumatına görə, hadisə ilə bağlı polisə məlumat verilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, müraciət daxil olan kimi polis əməkdaşları kənddə nəzarəti gücləndirib. Hadisə ətraflı araşdırılır.
Rusiyada Moskva və Sankt-Peterburq başda olmaqla bir neçə şəhərdə minlərlə insan pensiya yaşının yüksəldilməsinə etiraz olaraq aksiya keçirib.
Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər və pensiyalarla bağlı qanuna dəyişikliyin ləğv edilməsini tələb ediblər.
Polislərin müdaxiləsi nəticəsində çoxlu sayda aksiyaçı saxlanılıb.
Qeyd edək ki, Rusiyada pensiya yaşı gələn ildən etibarən bir neçə il ərzində mərhələli şəkildə kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə yüksəldiləcək.