Vətəndaşların mənzil başına vaxt etirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və şəhər ətrafı ərazilərdə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirildi.

 

Aparılan işlərin davamı olaraq hazırda Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşasına başlanılıb.

 

Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

 

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. Bu çərçivədə respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun təmiri artıq yekunlaşıb. 

 

Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla sona çatdırılıb.

 

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

 

Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılıb. Ümumi eni 15 metr olan yola 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

 

Layihə çərçivəsində həmçinin  yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

 

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunub. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılıb, yola ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsü inşa olunub. Yolun 1.8-ci km-də, 3.1-ci və 38.8-ci km-də inşa edilən körpülərin uzunluqları 28 və 32.5 metr təşkil edir. Yolun 3.7-ci km-də, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü də təmir olunaraq gücləndirilib.

 

Bundan başqa köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün 61 mövcud boru yenilənib, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidinin inşası yekunlaşdırılıb. Layihəyə uyğun olaraq yol boyu 8 nöqtədə yeraltı keçid inşa edilib, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.

 

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. 

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 
Nəriman Nərimanov rayonu Əliyar Əliyev küçəsi əsaslı şəkildə yenidən qurulub

Ölkə başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonunun Əliyar Əliyev küçəsi müasir şəkildə yenidən qurulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, uzunluğu 2500 metr təşkil edən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edir, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malikdir. 

Aparılan yenidənqurma işləri zamanı küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Daha sonra küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib, küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Kəsişmə və yol ayrıcılarında təhlükəsizlik adacıqları vasitəsi ilə Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında aparılıb.  

Qeyd edək ki, vətəndaşların mənzil başına vaxt itirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-cu ildə Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.

Suraxanıda, Əmircan qəsəbəsində növbəti küçə asfaltlanır

Suraxanı rayonunda abadlıq-quruculuq sahəsində aparılan kompleks tədbirlər davam etdirilir. 

Rayonda həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə yenidən qurulmasıdır.

Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsində 9500,0 kv.m asfalt örtüyünün salınması işləri həyata keçirilir. Küçə boyu zəruri olan yerlərdə texnoloji ardıcıllığa uyğun olaraq, köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı materiallar tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Görülən işlər çərçivəsində rayonun mərkəzi və məhəllədaxili yolları yüksək sürətlə abadlaşır.

Qeyd edək ki, Əmircan qəsəbəsində 4,0 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri artıq yekunlaşmışdır. Əlisöbət Sumbatzadə, İlham Şükürov, Tofiq Bayram, Cabir Əliyev və Cəfər Cabbarlı küçələrində isə cari təmir işləri görülüb.

Rayonun digər qəsəbələrində də ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

 




 

Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulub- AZADAZ.COM

 
68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır  - FOTO

Ölkə başçısının 1 sentyabr 2020-ci il tarixli əlavə tədbirlər haqqında Sərəncamına əsasən, Quba rayonunun 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 km uzunluğa malik Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlum Yol-xeber.az-a atda bildirilir ki, Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulması artıq yekunlaşır. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir.

Bundan başqa avtomobil yolunun “Təngə dərəsi” kimi tanınan ərazisində, qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib. Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metrdir.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.

 

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır (FOTO) - Gallery Image

"ADY Express" İrandan Rusiyaya quru süd və pendir nəqlinə başlayıb

“Azərbaycan Dəmir Yolları“ QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-nin Azərbaycandan tranzit rejimində nəql etdiyi bir sıra yük növlərində artıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib. 

Məlumatda həmçinin deyilir ki, bunu ilk növbədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalara aid etmək olar. 

Belə ki,  Astara yük terminaldan keçərək, İran-Azərbaycan-Rusiya marşrutu ilə nəql olunan süd məhsulları və meyvə yükdaşımalarında artım müşahidə olunur. "ADY Express" artıq İrandan Rusiyaya 1 000 ton quru süd və pendir nəql edib. Bununla yanaşı, şirkət 2 ay ərzində Astaradan Həştərxana 5 050 ton meyvə nəql etməyə müvəffəq olub.

Yükdaşımalar şirkətin təqdim etdiyi refsekisyalarla (refrijerator vaqonlar) həyata keçirilib. Vaqonlar Astara (İran) yük terminalında yüklənərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təyinat nöqtələrinə nəql edilib.

Bununla yanaşı "ADY Express", Astara-Ələt-Xəzər Dənizi-Qazaxıstan-Tacikistan marşrutu ilə, Azərbaycandan tranzit rejimində keçməklə, İrandan Tacikistana biskvit və çay nəql edib ki, bu da həm seçilən marşrut həm də daşınan yük növündə yenilik idi. Bu yüklər də, şirkətin təqdim etdiyi refsekisyalarla daşınıb. 

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi dövlət başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar yenilənir. 

 

Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır. 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən belə layihələrdən daha biri uğurla həyata keçirilib. 

 

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatıb. 

 

Sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur. 

 

Qeyd edilən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Buüzdən yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edəcək. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq. 

 

Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb. 

 

Bundan başqa yol boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə,mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 p/metr yeni səki daşları düzülüb. Bununla yanaşı Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılıb. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənib. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkilib. 

 

Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

 
 

Xəbər lenti