Dünən Bərdə rayonunda baş vermiş kütləvi davanın təfərrüatı məlum olub.

 

Rayonun Lək bələdiyyəsindən Mahir Piriyevin Aznyus.az-a verdiyi məlumata görə, kütləvi davaya səbəb Qaradəmirçi kənd sakinlərindən birinin 14 yaşlı məktəbli qıza söz atması olub:

“Baş verən davada bizim kəndin günahı yoxdur. Qonşu Qaradəmirçi kəndinin 70 sakini bizim kəndə hücum edib. Məsələ belə olub: həmin kənddən bir nəfər bizim kənddən 14 yaşlı qız uşağına söz atıb. Kənd uşaqları da bunu görüblər. Deyiblər ki, camaatın qızına niyə söz atırsan? “Sənə nə, biz nə istəsək, o da olacaq”, - deyə onların üstünə yeriyiblər. Məsələ böyüyüb. Qaradəmirçi kəndindən 70 nəfər cavan uşaq xəbər göndərib ki, kişisinizsə, gəlin danışaq, əgər gəlməsəniz o zaman biz gələcəyik”. Bu sözdən sonra Lək kəndindən də təxminən elə o qədər - 70 cavan onların dediyi meşəyə gediblər. Qaradəmirçi sakinləri isə əlində balta, bıçaq, bel, bir sözlə, kim əlinə nə keçiribsə, onu da götürüb gəlib. Mübahisə böyüyüb. Əlbəyaxa dava başlayıb. Nəticədə yaralananlar olub. Baxıblar ki, yaralananlar qanaxmadan öləcək, onları rayon xəstəxanasına aparıblar. Rayon xəstəxanasından isə hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva bildirib ki, xəsarət alan xəstələrdən ikisinin vəziyyəti ağırdır:

“Yaralılardan üçü qardaşdır, dördüncüsü isə onların dostudur. Onlar xəstəxanaya bıcaq yaraları ilə gətirilib. Qaraciyər, döş qəfəsləri zədələnib. Xəstələrdən iki nəfərin səhhəti normaldır, ikisi isə hazırda əməliyyata götürülüb. Onların vəziyyəti əməliyyatdan sonra aydın olacaq”.

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndinin icra nümayəndəsi Cəfər Əliyev hadisədən çox gec xəbər tutduğunu deyib:

“Dava cavanlar arasında düşüb. Hadisə barədə eşidən kimi xəstəxanaya getdim, xəsarət alanlarla maraqlandım. Oradan da Bərdə Rayon Polis Şöbəsinə getdim. Gecə saat 3-ə kimi orada oldum. Hadisə ilə bağlı kimlərin həbs olunmasından xəbərsizəm”.

Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, iki kəndin cavanları arasında baş verən dava ilə əlaqədar saxlanılanlar var.

Qeyd edək ki, dünən Bərdə rayonunda kütləvi dava baş verib.

Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti