Novruz bayramını təbrik etdiyinə görə tanışını bıçaqlamışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz bayramını təbrik edən şəxsi bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abiyevə hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan) maddəsinə tövsif edilib və H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. 

O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında qandallanıb. 

İttihama görə, 2018-ci il martın 22-də Binəqədi rayonunda yaşayan 2000-ci il təvəllüdlü Həsənağa Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Süleymanovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Səmrahın həyatını xilas etmək mümkün olub.

Hadisədən əvvəl S.Süleymanov H.Abıyevi Novruz Bayramı ilə bağlı təbrik edib. H.Abıyev isə yaxınlarından birinin vəfat etdiyini deyib və  bayramı qeyd etmədiyini bildirib. S.Süleymanov isə onu bir daha təbrik edib. Buna əsəbləşən H.Abıyev tanışını bıçaqlayıb.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti