Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? - Fotolar

“Beş ildir qardaşım Əsəd Həsənovun şəhid olduğu yeri – Ağdamın Mirəşelli kəndindəki səngərləri dağılmağa qoymamışam. Bu yaxınlarda orada şəhid olan oğulların adına abidə inşa etdirdim və bir neçə gün əvvəl açılışı oldu. Açılışdan sonra Ağdam bələdiyyəsi bizə deməmiş, abidənin ətrafında olan səngərləri dağıdıb”.

Bu şikayətlə “Qafqazinfo”ya şəhid Əsəd Həsənovun bacısı Günay Həsənova müraciət edib. 

O düşünür ki, həmin səngərlərin olduğu torpaqları şumlamaq şəhidlərin ruhuna hörmətsizlikdir: “Mirəşelli kəndi işğal altında deyildi, bizdə idi. Mənim qardaşım “N” saylı hərbi hissənin qərargah rəisi idi. O və əsgərləri o boyda səngərləri əlləri ilə qazıblar. Sonra da həmin ərazidə çox faciəli şəkildə şəhid olublar. Demək olar ki, onların tikələri o torpaqlara qarışıb. Biz görüntü olaraq gedib məzarları ziyarət edirik. Amma mən hətta həmin hissələri yığıb abidənin altında, Əsədin səngərində dəfn etmişdim”.

G. Həsənova hadisə baş verən gündən şəhid ailələrinin sarsıntı keçirdiklərini deyir: “Ora tarixi yer idi, uşaqlar gələcəkdə gedib o ərazilərdə oğullarımızın necə döyüşdüklərini görəcəkdilər. Həmin kənd döyüş başlayanda ermənilərin ilk hücum etdiyi mövqe idi. Bizə bələdiyyədən dedilər ki, həmin ərazidə bağ salacaqlar. Axı o şəhidlərin sümüklərinin üzərində necə bağ salmaq olar? Elə bil ki, mənim qardaşımın və onunla bərabər bütün şəhidlərin sümüklərini çıxarıb çölə töküblər…”

Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov sorğumuza cavab olaraq bildirib ki, sözügedən ərazi kənd sakinlərindən birinin pay torpağıdır və o, abidəyə təxminən 1 hektara yaxın yer ayıraraq qalan hissəsini şumlayıb: “Mirəşelli ərazisində və ətraf ərazilərdə hektarlarla səngər ərazisi var. Sözügedən ərazi də kənd sakininin pay torpağıdır. Yerin sahibi abidə tikintisini gözləyib, sonradan abidəyə toxunmadan, ətrafda olan 1,5-2 hektar yeri şumlayıb. 

Ağdamda 6 mindən artıq insan şəhid olub. Burada olan səngərlərin hamısını qoruyası olsaq, gərək rayonun torpağından istifadə olunmasın. Qəhrəman oğullarımız ona görə şəhid olublar ki, həmin torpaqlar gül-çiçəkli olsun, universitetlər, məktəblər tikilsin, ölkəmiz inkişaf eləsin”.

Qeyd edək ki, Əsəd Həsənov 2020-ci ilin oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub, İmişli rayonunda dəfn olunub. Prezidentin Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları, eyni zamanda III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 

Xatırladaq ki, şəhid kapitanın xatirəsinə ucaldılan abidənin açılışı aprelin 16-da olub. Abidə qəhrəman döyüşçünü şəhid edən mərminin düşdüyü yerdə qoyulub.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti