Hərbçi qəzada həlak oldu

 

Bakıda dünən baş verən qəzada hərbçi vəfat edib.

Hadisə saat 16:40 radələrində Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi 99 NH 646 nömrəli “Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən 1991-ci il təvəllüdlü Məhəmməd Abıyevin idarə etdiyi “BMW X5” markalı 10 SR 686 nömrəli avtomobil toqquşub.

İlkin məlumata görə, E.Abdullayev yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb və qəzaya səbəb olub. O, taksi fəaliyyəti ilə məşğul olur. Qəza nəticəsində onun sərnişini, 1994-cü il təvəllüdlü Balarəhim Əliyev hadisə yerində vəfat edib. B.Əliyev Qaradağ rayonunda yerləşən hərbi hissələrin birində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olub. 

 

Sürücü E.Abdullayev və digər sərnişini, 1996-cı il təvəllüdlü Rza Rzayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. R.Rzayevin vəziyyəti ağırdır.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti