Bakıda vətəndaşlara sosial evlər satacaqlarını vəd edən şəxslərə hökm oxunub.

 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.

Hökmə əsasən Ü.Abdalova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2017-ci il 21 iyul tarixində anadan olan qızının 14 yaşı tamam olana kimi hökmün icrası təxirə salınıb. Ü.Abdalova məhkəmə zalından azadlığa buraxılıb. Ü.Abdalova əvvəl də məhkum olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və şərti cəza alaraq azadlığa çıxıbmış. Həmin hökmdən qalan cəzası da ödənilməyib. Digər şəxslərə isə şərti cəza verilib və istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ülviyyə Abdalova gəlməmişdi. Məlum olmuşdu ki, artıq 3-cü dəfədir, Ülviyyə Abdalova məhkəməyə gəlmir. O, ilk dəfə səhhətində problem yarandığını deyərək məhkəməyə gəlməmişdi. Daha sonra isə məhkəmənin çağırışlarına məhəl qoymayaraq proseslərə gəlməmişdi. Ülviyyə Abdalova bir neçə gün əvvəl 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilmişdi.

Bildirək ki, dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmin şəxslərin məhkəmə zalında həbs edilməsini tələb edib. Bundan sonra Ülviyyə Abdalova məhkəməyə gəlməyib.

Məlumata görə, təqsirləndirilən şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə ediblər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluq dələduzluq hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi son illər əhalinin mənzilə olan ehtiyacının ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir.

Lakin buna baxmayaraq, öz şəxsi mənafelərini güdmək məqsədilə dövlətin iqtisadi-maliyyə münasibətlərinə, əhalinin sosial müdafiəsinin həyata keçirilməsi sahəsində siyasətinin nüfuzuna xələl gətirən, vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədən bəzi iş adamlarının qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduzluq hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, vətəndaşların etibarından sui-istifafə edərək onlara ev satacaqlarını vəd ediblər.

Cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayevə və M.Qafarova qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3-cü (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, təqdirləndirilən şəxslərin hər biri ev dustaqlığındadır.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti