Polis itkin düşən qadını tapdı - Qubada
Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib

Qubada itkin düşən qadın tapılıb DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı cari ilin fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və soyuq qış ayında, qarlı və şaxtalı havada göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

Xəbər lenti