Sürücü sükan arxasında yatdı: sərnişin dolu "Ford"u belə sürüdü - REAL VİDEO
İri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alır

Qaradağ rayonu ərazisində baş verən dəhşətli qəza hadisəsi kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, yük maşını “Ford Transit” markalı sərnişin mikroavtobusunu arxadan vurub. Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

Belə ki, “Ford Transit” markalı sərnişin mikroavtobusunun sürücüsü yolun kənarında saxlayaraq sərnişin düşürür. Bu zaman arxadan sağ zolaqla gələn yük maşını solda yer olsa da gəldiyi sürətlə mikroavtobusu arxadan vurur. Daha sonra isə yol boyu “Ford”u sürüyür. Bu zaman iri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alır.

Qeyd edək ki, yol polisi dəfələrlə sürücülərə xəbərdarlıq edib. Sükan arxasına yorğun əyləşməmək, iş və istirahət rejiminə əməl etmək, DYP postlarında yaradılmış otaqlardan istifadə etməyi tövsiyə verib. Amma görünən odur ki, bəzi sürücülər buna riayət etmir. Nəticədə bu cür ağır qəzalar baş verir. Videonu təqdim edirik:

 

07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar

Xəbər lenti