Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə ittiham olunan Akif Osmanovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Pravda.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilib.

Akif Osmanov ifadəsində göstərib ki, 2013-cü ilin aprel ayında iş yoldaşı Elşad və onun tanışı Cavidlə birlikdə Gəncə hava limanından Türkiyəyə gedib, Suriyaya keçmək imkanları olmadığından onlar iki ay orada qalıblar. İki aydan sonra Salman adlı şəxs onlara köməklik göstərib. Həmin şəxslər Adanaya gediblər, orada yol hazır olandan sonra - 2013-ci ilin təxminən iyul ayında qaçaq yolla atla Suriyaya keçiblər. Suriyaya keçəndən sonra Akif orada “Abu Yahya” dini ləqəbli Nicat Aşurov adlı azərbaycanlının rəhbərlik etdiyi “Azəri camaatı”na daxil olub, idman təlimlərində, dini təlimlərdə və hərbi təlimlərdə iştirak edib. Üzv olduğu qruplaşmada 30-35 nəfər olub. Lakin qrup üzvlərinin hamısı azərbaycanlı olmayıb. Azərbaycan dilini bildikləri üçün özbəklər, türklər də həmin qruplaşmaya üzv olublar. Həmin şəxslərdə ağır texnikalar, yəni tank və ya top olmayıb, yalnız “Kalaşnikov” avtomatı varmış. Təlimlərdə avtomat silahların sökülüb-yığılması öyrədilib.

O dindirilərkən hərbi təlimlərdə ara-sıra iştirak etdiyini söyləyib. Belə ki, əvvəllər Azərbaycanda hərbi qulluq keçdiyi üçün silahların sökülüb-yığılmasını bilib və bunu öyrənməyə əlavə ehtiyac qalmayıb. Şeyx Süleymanda olduğu vaxtlarda silah çatışmadığından ona silah verilməyib. Yeni gələnlər orada təlim keçiblər, sonra camaatlara bölüşdürülərək Haritan qəsəbəsinə göndəriliblər. “Abu Yəhya camaatı”na keçib, iki-üç gündən sonra onlar Haritana gediblər. Akifə ərəbcə “Abu Ömər” adı verilib. Orada gündüz növbətçi çıxanda həmin şəxslərə bir saatlığa silah verilib. Həmin silah tam işlək vəziyyətdə, patronlarla dolu olub.

Akif Osmanov deyib ki, Suriyada günorta vaxtlarında keşikçilikdən başqa fəaliyyəti olmayıb, heç kimə atəş açmayıb, heç bir aktiv döyüşdə iştirak etməyib. Ailələri Türkiyə sərhədində yerləşən Atma şəhərində qalıb. O, təlimə getdiyi uşaqlarla birlikdə maşın olandan-olana Şeyx Süleyman bölgəsindən iki-üç gündən bir evinə, ailəsinin yanına gedib, subaylar isə orada qalıblar.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, 2013-cü ilin noyabr ayında onun gözü zəif gördüyündən əməliyyatlara buraxılmayıb. Həmin ərəfədə onların camaat üzvləri mühasirəyə düşüblər, onları yeddi-səkkiz nəfərlə köməyə göndəriblər. Həmin şəxslər mühasirə yerinə çatıb maşından düşərkən yanlarında mina partlayıb və Akif ayağından qəlpə yarası alıb. Bundan sonra bir müddət müalicə olunub və normallaşdıqdan sonra, 2014-cü ilin yanvar ayında ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçib. Suriyada təxminən altı ay qalıb. 2016-cı ilin noyabr ayınadək Türkiyənin İstanbul şəhərində yaşayıb, sonra Düzcə şəhərinə köçüblər.

Türkiyədə olarkən o, işləri ilə əlaqədar Qazaxıstana gedib. Sonra Türkiyəyə geri qayıdan zaman Azərbaycan vəsiqəsi ilə Türkiyə onu qəbul etməyib. Türkiyəyə qayıda bilməsi üçün o, Qazaxıstanda Salman adlı Türkiyə vətəndaşı ilə tanış olub. Həmin şəxs pul qarşılığında ona köməklik edib və onun köməkliyi ilə Özbəkistan vəsiqəsi alıb. Akif həmin vəsiqə ilə Türkiyəyə qayıdıb. Orada qonşuların şikayəti əsasında polis onları bir yerdə qaldıqları beş nəfər türklə birlikdə 2016-cı ilin noyabr ayının 9-da tutub. Əvvəlcə onlara, sadəcə, şikayət olduğunu və üç gündən sonra buraxılacaqlarını desələr də, lakin buraxmayıblar. 2017-ci ilin mart ayında onlar məhkəməyə çıxarılıblar və barələrində İŞİD terror qruplaşmasına üzv olmaları adı ilə 8 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Daha sonra onlar apellyasiya şikayəti veriblər. İkinci dəfə də məhkəmə olub və şikayətləri təmin edilməyib. Sonra həmin şəxslər Ali Məhkəməyə şikayət ediblər. 2021-ci ilin oktyabr ayında onların İŞİD terror qrupunun üzvü olmalarını təsdiq edən heç bir dəlil-sübut olmadığından bəraət alıblar və 2021-ci il oktyabr ayının 7-də azadlığa buraxılıblar. Bəraət aldıqdan sonra Akif xarici ölkə vətəndaşı olduğundan deportasiya edilməkdən ötrü Kayseri İlgöç idarəsinə təhvil verilib, altı ay da orada qalıb. Daha sonra 2022-ci ilin aprel ayında Azərbaycana deportasiya edilib. Azərbaycana gələndə isə hava limanında gecə DTX-nin əməkdaşları onu qarşılayıblar.

2022-ci ilin may ayının 11-də növbəti sorğu-suala gedəndə isə artıq DTX tərəfindən saxlanılıb.

Akif Osmanov bildirib ki, o, Suriyaya getməzdən əvvəl Bakı şəhərində “Moskva” univermağında zərgər işləyib. Elşad da onunla bərabər zərgər imiş.

O söyləyib ki, Suriyaya gedəndə orada daha yaxşı yaşayacağına ümid etməyib, qazanc məqsədi ilə oraya yollanmayıb. Suriyaya getməkdə məqsədinin nə olduğunu başa düşməyib, birlikdə işlədiyi uşaqların tələsinə düşüb. Sözdə din yolu ilə əlaqəli gedib. Suriyaya gedənə qədər əhli-sünnə təriqəti ilə ibadətlə məşğul olub. Ailəsinin Suriyada qalması xərclərini o özü ödəyib.

Belə ki, Azərbaycandan gedərkən özü ilə müəyyən məbləğdə pul götürüb. Orada ona cəmi bir-iki dəfə Abu Yəhya hərdən 50 dollar pul verib. Abu Yəhya ləqəbli azərbaycanlı ölüb. Eyni zamanda Elşadın öldüyünü də eşidib, Caviddən isə heç xəbəri olmayıb. Suriyaya getdiyinə görə çox peşman olub. Ailəsini altı ildən artıq bir müddət ərzində görə bilməyib. Onun ailəsi hazırda Şabranda, valideynlərinin yanında yaşayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Akif Osmanov dörd il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 31 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.

130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib.

 Bildirilib ki, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib.

Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

 

 

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

Məlumata görə, həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini Əli Behişti də saxlanılıb.

Qeyd edək ki, Əli Behişti moizələrində hər zaman İranın molla rejimini təbliğ edib.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 19 nəfər saxlanılıb.

Mənbə: “MOUZE” “Telegram”

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda evə silahlı basqınla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb”, - o deyib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

***

Goranboyda iki ailə arasında dava olub, yaralananlar var.

Hadisə ötən gün qeydə alınıb.

Belə ki, aprelin 6-da Goranboy rayonunun Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Surət Məmmədov qardaşı Samir, anası Şəfiqə Əliyeva və atası Mətləb Məmmədovla birlikdə Asəf Yunislinin yaşadığı evinin həyətinə daxil olub.

S.Məmmədov özü ilə gətirdiyi “Sarsılmaz” markalı ov silahı ilə 1967-ci il təvəllüdlü Elxan Zamanova bir dəfə atəş açıb. Həmçinin həmin silahın qundağı və dəyənəklə E.Zamanovun ailə üzvləri Asəf Yunisli və Maniyə Zamanovanı döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Bu gün həkimlər Fazil Mustafanı yenidən əməliyyat edəcəklər. 

Bu sözləri oxu.az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva deyib.

O bildirib ki, güllənin yaratdığı infeksiya səbəbindən yaraları hələ tikilməyib:

“Şükür olsun artıq infeksiya təmizlənib. Bu gün həkimlər konsultasiya edəcəklər. Əgər vəziyyət uyğun olarsa, bu gün əməliyyata girəcək. Əməliyyatda iki prosedur həyata keçiriləcək. Həm çiynindəki yara, həm də ayağındakı yaraya tikiş qoyulacaq. Evə buraxılma ilə bağlı hələlik bir qərar yoxdur”.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində dörd nəfər müəyyən olunaraq saxlanılıb.

“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər”.

Bunu millət vəkili Fazil Mustafa sui-qəsdə uğraması ilə bağlı Real TV-nin suallarını cavablandırarkən deyib.

“Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” - deputat bildirib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Birgə məlumatda bildirilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

377132

Modern.az bildirir ki, Axundzadə Rufulla Höccətullah oğlu 1955-ci ildə Astara rayonunda anadan olub. O, 1995-ci ildə İranla əlaqələrinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilən İslam Partiyasının sədr müavini olub. 

R.Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilib.

Baş Prokurorluğun rəsmi məlumatına əsasən, 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara Rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Ruhulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1”, 4 ədəd “RQD-5” tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetlər aşkar edilərək götürülüb.

Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd “RQD-5” tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.

Rufulla Axundzadə 2021-ci ilin mart ayında əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsdən çıxandan sonra İranın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycan dövlətinin əleyhinə fəaliyyətə başlayıb və bu məqsədlə bəzi dindarları öz ətrafında toplayıb.

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.
Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.

Xəbər lenti