Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq
Hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 114 YDM fəaliyyət göstərir

Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər ölkənin uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında böyük bir multifunksional yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.

Bunu Reporta açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu, adıçəkilən yolda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək üçüncü böyük kompleks olacaq:

 

“Gürcüstanda yeni yollar inşa edilir. Əvvəlki vacib sayılan yol yenisi inşa edildikdən sonra ikinci dərəcəli yol olur. Artıq aktuallığını itirə biləcək YDM-ləri bağlamalı və ya fəaliyyətini məhdudlaşdırmalı oluruq”.

M.Məmmədov bildirib ki, burada digər prioritetlər yaranır:

“Yaxın vaxtlarda Gürcüstan dövləti Acarıstan Muxtar Respublikasının ərazisində yeni bir çoxfunksiyalı YDM-in açılması üçün tender elan edəcək. Biz bu tenderdə iştirak edəcəyik. Bu YDM-lərdə əsas məqsəd isə turistlərin və  bu yoldan keçənlərin istirahətinin təşkil edilməsidir. Əsas məqsəd onların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Yanacağın satılması orada ikinci dərəcədə olacaq”.

O qeyd edib ki, hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 114 YDM fəaliyyət göstərir. 

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti