Metronun “Ulduz” və “Xalqlar Dostluğu” stansiyalarının adları dəyişdiriləcək
“Artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik"

"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib.  "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib.

 

Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: "Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti