Çindən Türkiyəyə gəlmiş yük qatarının Ankarada təntənəli qarşılanma mərasimi keçiriləcək
Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir

Bu gün Türkiyənin paytaxtı Ankaradakı dəmiryol stansiyasında Çindən gələn 850 metr uzunluğunda yük qatarının təntənəli qarşılanma mərasimi keçiriləcək. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, "Bir kəmər - bir yol" layihəsi çərçivəsində ölkə ərazisinə daxil olan qatar Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən istifadə edən ilk yük qatarıdır.

Onun yükü 76 kubmetrdir və elektron komponentləri daşıyan 42 konteynerdən ibarətdir. Qatar oktyabrın 28-də Qarsdan Ankaraya doğru hərəkət edib.

Türkiyə, Gürcüstan, Çin və bir çox ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı təntənəli qarşılanma mərasimində ölkəmizi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyyəti təmsil edəcək.

 

Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı "Bir kəmər - bir yol" layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla Türkiyə üzərindən birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini BTQ təşkil edir. Bir trilyon dollarlıq yükü, 3 milyard insanı və 65 ölkəni əhatə edəcək nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək.

Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti