Yuyucu-Buxarlayıcı stansiya yenilənib - VİDEO
Stansiyada həm yerli, həm də xarici ölkələrə məxsus vaqonlar təmizlənir

1935-ci ildə təməli qoyulan və1937-ci ildə isə i8stifadəyə verilən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası təmir bərpa işlərindən sonra yenidən istifadəyə verilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin Sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasına baxış keçirib.12 hektar ərazini əhatə edən Biləcəri yuyucu-buxarlayıcı stansiyasında, istehsal prossesini əhatə edən qurğulardan başqa, yardımçı tikililər də mövcuddur. STA Ərazidə eyni zamanda inzibati bina, temir sexləri, anbar, fəhlələr üçün hamam, qeyinib soyunma otaqları mövcuddur.

Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb və bütün işlər yükunlaşandan sonra stansiya tam yenilənib.

İlk olaraq dəyişiklik istehsal prosesinə toxunub. Çənlərin təmizlənməsi – onların buxarla yuyulması, deqazasiyası və təmirə hazırlıq əməliyyatları indi avtomatik rejimdə həyata keçirilir. Çənlərin çirklənməsindən asılı olaraq, onların buxarla yuyulmasına 1,5-2 saat vaxt sərf olunur. Mürəkkəb təmir əməliyyatlarından sonra, indi buxar çənlərə, şaquli və üfüqi fırlanan başlıqlara malik, Almaniya istehsalı olan cihazlar vasitəsi ilə buraxılır ki, bununla da vaqonların qalıqsız yuyulmasına tam nail olunur. Çənlərə verilən buxarın temperaturu isə 150 dərəcədir. Biləcəri yuyucu-buxarlayıcı stansiyasının nəzdində 26 sayda çən vaqonları yerləşdirmək üçün nəzərdə tutulan estakada, buxarın hazırlanaraq çənlərə verilməsini nəzərdə tutan qazanxana və yardımçı nasos avadanlıqlar, çirkli suların təmizlənməsi və təkrar prosesə qaytarılması - lokal təmizləyici qurğular məntəqəsindən ibarətdir. Bütün qurğularda təmir və yenidənqurma işləri aparılıb.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti