ABŞ-la Türkiyə arasındakı gərginlik dolları yenidən rekord həddə çatdırıb.

 

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında 4,98 lirə olan dollar yenidən 5 lirəni keçməyi bacarıb. Dünənki 5,01 lirəlik rekordunu dollar bu gün 5,09 lirə ilə təzələməyi bacarıb.

Artıq ekspertlər sanksiyalarla bağlı həyəcan təbili çalmağa başlayıb. Türkiyə mətbuatına açıqlama verən “Bluebay Asset Management” şirkətinin analitiki Timoti Aş Türkiyə bazarlarının kövrək olduğunu bildirib:

“ABŞ indiki dövrdə böyük zərərə səbəb olacaq gücə sahibdir. Əgər iqtisadi silahını Türkiyəyə yönəltsə, o zaman ABŞ-Türkiyə münasibətlərində geridönüş mümkün olmaya bilər. ABŞ sanksiyalar üçün Putinin yaxın ətrafına qarşı uyğuladığı metodlardan yararlanır. ABŞ sanksiyaları Türkiyəni İran və Rusiyaya yaxınlaşdıra bilər. Əgər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Türkiyəyə qarşı da yönəlsə, o zaman Rusiyadakı şəraitdən daha pis vəziyyət yaranar. Türkiyə iqtisadiyyatı hələ ABŞ-ın Türkiyəyə viza qadağaları tətbiq etdiyi zaman ziyan çəkmişdi. Məhz bu böhrana görə Türkiyə 2016-da ABŞ-dan gələn turistlərin 42%-ni, turizm gəlirlərinin isə 41%-ni itirmişdi”.

Türkiyəli ekspert Ənvər Ərkan isə ABŞ-la yaşanan böhranın digər insidentlərə bənzəmədiyini bildirib:

“Bu, lirə ilə bağlı qorxulu ssenaridir. Baş verəcəcək hadisələr çox kritikdir. Pompeo ilə Çavuşoğlunun üz-üzə görüşü olacaq. Hər şey Hollandiya ilə yaşanan böhrana bənzəməyəcək. Sanksiyalar Türkiyə üçün çox pis olacaq. Ona görə də lirənin bundan sonra nə qədər bahalaşacağını söyləmək çətindir”.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti