İran-ABŞ-Türkiyə üçbucağında baş verənləri diqqətlə izləməliyik.

 

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, İranda gərginlik hər gün artır:

“Parlamentin büdcə komissiyasının üzvlərindən biri bu gün etiraf edib ki, iqtisadiyyat çökmək üzrədir. Tehran, İsfahan, Rəşt və Əhvazda yeni etiraz aksiyaları keçirilib. Qara bazarda 1 dolların məzənnəsi 120 min rial (12 min tümən) civarındadır. Tramp iqtidara gəldikdən bəri rial 70%-ə yaxın, ABŞ nüvə anlaşmasından çıxdıqdan sonrakı dövrdə isə 45% ucuzlaşıb. Avqustun 7-dən etibarən ABŞ-ın yeni sanksiyaları qüvvəyə minəcək. İranın dollar əldə etməsinə, qiymətli metal, polad, alüminium, kömür ticarətinə, suveren borcu ilə əməliyyatlara, proqram təminatı idxalına, avtomobil sənayesinə qadağalar tətbiq olunacaq. ABŞ nümayəndə heyəti dost-müttəfiq ölkələri bir-bir ziyarət edərək, onları yeni sanksiyaların mahiyyəti, miqyası və mümkün nəticələri ilə tanış edir. Bəzi dövlətlər (məsələn, Türkiyə) beynəlxalq hüquq baxımından haqlı olaraq deyirlər ki, biz birtərəfli sanksiyalara qoşulmaq istəmirik, bu barədə BMT qərarı yoxdur. ABŞ tərəfi isə cavab verir ki, istədiyiniz qərarı verə bilərsiniz, amma bu halda İranla ticarət aparan şirkətləriniz ABŞ bazarından çıxmalı və dollar sistemindən kənarda qalmalı olacaq”.

Politoloq qeyd edib ki, BMT sanksiyalarının mövcud olduğu dövrdə Türkiyə bu sanksiyalara zidd bəzi illeqal idxal-ixrac əməliyyatlarına yol vermişdi:

“Məsələn, Rza Zərrab məsələsi. Həmin dosye üzrə Türkiyə banklarına cərimə kəsilməsi uzun müddətdir ki, ABŞ Maliyyə Nazirliyinin gündəmindədir”.

Politoloq vurğulayıb ki, noyabrın əvvəlində İrana qarşı sanksiyaların ən dağıdıcı qismi (neft, neft-kimya, bank-maliyyə sektorlarına qarşı) qüvvəyə minəcək:

“Türkiyə 2017-ci ildə neft idxalının 27%-ni İrandan həyata keçirib. Bu idxalın davam etməsi Türkiyəni növbəti sanksiya təhlükəsi qarşısında qoyacaq, türk şirkətlərinin İranla ticarəti dayandırmaması isə onların biznesinə ciddi zərbə vura bilər. Ümumiyyətlə, hazırda ABŞ-da bir neçə problemli məsələ üzrə (İran, S-400, rahib Branson) Türkiyəyə qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir. Əgər ikitərəfli münasibətlərdə qopma yaşanarsa, bu sanksiya tədbirləri yağmur kimi Türkiyənin üzərinə yağmağa başlayacaq. Hadisələrin belə inkişafı Türkiyə iqtisadiyyatını alt-üst edə bilər".

 
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti