Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspor təşkilatlarına xəbərdarlıq edib.

 

Axar.az xəbər verir ki, komitə sədri erməni təxribatına qarşı Azərbaycanın diaspor təşkilatlarını birləşməyə çağırıb.

F.Muradov bildirib ki, ermənilər çirkin əməllərindən əl çəkməlidir, əks təqdirdə onlara qarşı zərbələr endiriləcək:

“Ermənilər yaşadıqları ölkələrdə Azərbaycana qarşı təxribatlar törədirlər. Buna görə də Azərbaycanın diaspor təşkilatları birləşməlidir. Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır. Onlar bilməlidirlər ki, biz yaxın zamanlarda onlara zərbələr endirəcəyik".

Qeyd edək ki, Bolqarıstanın BTV kanalında İvan Qeorqiyev və Boris Pintevin ərsəyə gətirdiyi, Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən "Spomeni ot Karabax" filmi nümayiş olunub.

Film qısa müddətdə rezonans doğurub. Bunun ardınca filmdəki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər. Onlar hətta təhdidə də əl atıblar.

Erməni əsilli ekspert Semyon Baqdasarov isə Cocuq Mərcanlıda Dağlıq Qarabağ və ətraf 7 rayonun beynəlxalq qanunvericiliyə görə Azərbaycana məxsus olması və hazırda həmin ərazilərin işğalda olduğunu bildirən Rusiya Dumasının üzvü Dmitri Savelyevi “Rusiya1” kanalının canlı efirində məhv etməyə çağırıb.

05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti