Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xüsusilə nəzərə çarpır. 2025-ci ilin birinci rübündə mənzillərin qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım həm yeni, həm də təkrar bazar mənzillərində müşahidə olunub və iqtisadi şərtlərin dəyişməsi ilə əlaqədar müxtəlif faktorlar üzərində dayanılır. Ekspertlər qiymət artımının əsas səbəbləri arasında manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, daşınmaz əmlakın investisiya olaraq daha cəlbedici hala gəlməsi və bazardakı tələbin artması kimi faktorları qeyd edirlər. Eyni zamanda, qəzalı binaların sökülməsi və ipoteka kreditlərinin artması da bu bahalaşmada mühüm rol oynayıb. Bu vəziyyət bazarda yeni dinamikanın yaranmasına və ev alqı-satqısında dəyişikliklərə səbəb olub.

Milli.az xəbər verir ki, 2025-ci ilin birinci rübündə mənzillərin qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən ortalama 14,4 faiz qalxıb. Artım ilk dəfə satışa çıxan mənzillərin qiymətində 12,9 faiz, təkrar bazarda isə 14,4 faiz təşkil edib. Qiymət artımı sözügedən dövr üzrə inflyasiya göstəricisindən 2,6 dəfə çox olub.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə bu artımın iqtisadi əsasları var:

"Həm manatın alıcılıq qabiliyyəti, həm də daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi və hazırda Azərbaycanda kapital yığımının əsas istiqamətlərindən biri kimi müəyyən olunması evlərin qiymətlərinin artmasına səbəb olur". Vüqar Oruc deyir ki, mənzillərin bahalaşmasının digər səbəbi qəzalı binaların sökülməsinə başlanılmasıdır. Prosesin mənzil bazarında tələbatın artacağı ilə bağlı gözləntilər yaratması qiymətlərin yüksəlməsinə səbəb olur".

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bahalaşmanı ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirir. Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında bildirilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım davam edib. Bütövlükdə rəsmi statistikaya görə, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin eyni dövründə mənzillərin qiymətləri orta hesabla 32,4 faiz artıb.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama

Xəbər lenti