Xırdalan və Masazıra nə zaman metro çəkiləcək?

Bakı dünyanın sürətlə inkişaf edən və beynəlxalq tədbirlərin sıx keçirildiyi ölkələrdən biridir. Eyni zamanda ölkəmizə gələn turistlərin əksəri Bakıda məskən salır. Bu tendensiya daha da artacaq.

Bunlar yaxşıdır, amma fakt bundan ibarətdir ki, Bakı əhalisinin ömrü tıxaclarda çürüyür. Artıq dözülməz bir vəziyyətdir: Xüsusilə tıxaclar 20 Yanvar-Xırdalan, Masazır istiqamətində qeydə alınır. Bu, həm də onunla nəticələnir ki, 20 Yanvar tıxananda Tiflis prospekti, Zərdabi və Mətbuat prospektləri, Dərnəgül yolu, 3-cü mikrorayon dairəsi də iflic olur. Çünki bu yollarda hərəkət zəncirvari şəkildə bir-birinə bağlıdır.

Son vaxtlar manatlıq taksilərin yoxa çıxması nəticəsində Xırdalan və Masazıra gündəlik gedib-gələn insanlar da saatlarla yollarda qalır.

Ekspertlər bildirir ki, tıxacların qarşısının alınması üçün dövlət təcili, təxirəsalınmaz addımlar atmalıdır. Bu sırada Biləcəriyə, Xırdalana, Masazıra metro xəttinin sürətli çəkilişinin başlaması, bəzi hissələrdə yeraltı aparmaq mümkün olmadığı halda, metro yerin üstü ilə çəkilməlidir.

Bunun üçün kifayət qədər imkanlar  var. Məsələn, hazırda metronun Avtovağzal və Xocasən stansiyaları var. Onların istiqamətində cəmi 3-4 kilometrlikdəki Xırdalana və Masazıra, Biləcəriyə metro xətti çəkilərsə, gündəlik azı 100 min insan rahatlıqla evinə gedər, hətta maşını olanlar da bu nəqliyyatdan istifadə edər.

Bakının baş planında Xırdalana metro çəkilməsi məsələsi vardı, amma sonra bundan danışılmadı.

Metropoliten özü bildirir ki, bu, onların investisiya planında mövcud deyil.

Ancaq bu, təkcə metropoliten işi olmamalıdır, dövlət təcili müdaxilə etməli və təcili tədbirlər görülməlidir. Çünki faktiki olaraq şəhər iflic duruma düşür və getdikcə daha ağır vəziyyət yaranacaq.  Bu, istehsala da, dövlət xidmətlərinə də böyük mənfi təsir edən məsələdir. Ən əsası, vətəndaşlar belə zillət içərisində nə qədər yaşamalıdır?

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən metro stansiyalarının sayının 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

"28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək "28 May”-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 kilometrdən 73,4 kilometrə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Nəqliyyat eksperti Elməddin Muradlı "Yeni Müsavat”a bildirib ki, Bakıda bir neçə istiqamətdə metro xətlərinin çəkilməsi nəzərdə tutulur: 

"Baş planda metro stansiyalarının sayının indikindən iki dəfə artıq olması nəzərdə tutulur. Ümumilikdə, 60-a yaxın metro stansiyasının olması əhali üçün çox böyük dəyişiklik deməkdir. Hələ ki stansiyaların sayının artırılması ilə bağlı planda Xırdalan nəzərə alınmayıb. Təəssüf ki, Azərbaycanda bir metro stansiyasının tikintisi bəzən 3 ildən 10 ilə qədər vaxt apara bilər. Operativ iş, ciddi yanaşma çətindir. Bu, Tağı Əhmədovun vaxtından qalma ənənədir. Yeni rəhbərliyin dövründə bir dəfə ortaya yaxşı nəticə qoyulub. Ümid edirəm ki, davamlı yanaşma olsa, nəticə ürəkaçan olar. Bildiyim qədər bəzi istiqamətlərdə çəkilən metro stansiyalarının tikintisi dayandırılıb. Maliyyə problemi var, işçilər ixtisara salınır. Biləcəri, Masazır, Xırdalana mütləq metro çəkilməlidir. Buna ciddi ehtiyac var. Yerüstü nəqliyyatın yaratdığı problemləri nəzərə alsaq, yeraltı nəqliyyata keçid daha da sürətlənməlidir. Dəmir yolu şəbəkəsində elə bir sistem qurmaq olar ki, metro qatarları da keçə bilsin. Praqmatik yanaşma olsa, vahid idarəetmə sistemi qurulsa, çox maraqlı layihələr həyata keçirmək olar. Əlaqələndirilmiş sistem qurmağa çalışırlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mərkəz rolunu oynayır. Bütün strukturlar nazirlikdə birləşib, yalnız Azərbaycan Avtobomil Yolları Dövlət Agentliyi ayrıca struktur kimi qalıb. Bir mərkəzdən idarə olunmanın əsas üstünlüyü odur ki, perspektivli layihələri ortaya qoymaq mümkün olur”.   

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti