Bakıda mənzil qiymətlərinin ilin əvvəlindən bu günə qədər 10%-dən çox bahalaşdığı deyilir. Son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.

Bir tərəfdən bahalaşma, digər tərəfdən də vətəndaşlar ipoteka ilə ev almaqda çətinlik çəkirlər. Belə ki, vətəndaşlar ipoteka ilə ev almaq üçün sənədləşmələrlə bağlı süründürməçiliklə üzləşir, çıxılmaz vəziyyətə düşürlər. Odur ki, bir çox hallarda vətəndaşlar daxili kreditlə ev almağa üstünlük verirlər. Bu zaman isə illik kredit faizləri yüksək olur.

Bəs görəsən, daxili kreditlərin nə kimi riskləri var? İnsanlar nələrə diqqət etməlidirlər?
Məlumat üçün bildirək ki, 2023-cü ildə banklar öz hesablarına 461.4 milyon manat ipoteka krediti veriblər. 2022-də isə bu rəqəm 422.5 milyon olub. Yəni bir ildə 9,2 faiz artım var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a deyib ki, ölkəmizdə daşınmaz əmlaklar müxtəlif şəkildə satılır:

“Bunlardan ən sərfəlisi güzəştli kreditlərdir. Onların illik faiz dərəcəsi 4 faizdir, maksimal limit isə 100 min manata qədərdir. Digər ipotekalar, adi ipoteka, onların illik faiz dərəcəsi 7, yaxud 8 faiz olur. Maksimal məbləğ 150 minə qədərdir. Daxili ipoteka kreditləri də var ki, onların illik faiz dərəcəsi 9 faizdən 14 faizədək qalxa bilir. Bir çox özəl tikinti şirkətləri var ki, mənzillərini bankın daxili kreditlərilə satırlar ki, onların da illik faiz dərəcələri müxtəlif formalarda olar. Hər hansı əmlak kredit vasitələri ilə satılırsa, həmin əmlak kreditlə bağlanana qədər kreditin girovunda olur. Həmin əmlaklar hər il sığortalanır. Təbii ki, bu sığorta şirkətlərinin də imkanları artır. Həm də sığortalanan zaman həmin əmlaklar da sığorta hadisəsi baş verərsə, sığorta şirkətləri tərəfindən qarşılana bilir.

Mənzillərin kredit şərtləri ilə satılması alıcıların sayını sürətlə artıra bilir. Rəsmi ipotekalar, vətəndaşların rəsmi iş yeri və digər sənədlər toplusu əsasında tikinti şirkətləri tərəfindən, bankdaxili ipoteka ilə satılan mənzillərdə bir çox sənədlər tələb olunmur. Vətəndaş ilkin ödənişi ödəyir və daha sonra harada işləməsindən asılı olmayaraq vaxtlı-vaxtında ödəmələrini edir. Bu baxımdan böyük tikinti şirkətləri var ki, onlar kredit şərtləri ilə satırlar, onların alıcılıq qüvvəsi daha çoxdur. Bəziləri daha çox təmirli mənzil satır. Bəzən vətəndaş düşünür ki, mənzili alıb, 25 il krediti bağladıqdan sonra onun dəyəri iki dəfə, yaxud daha baha qiymətə çıxır. Lakin biz əmlak bazarına nəzər salsaq, son 20 ildən bu günə qədər əmlak bazarında dəfələrlə qiymət artımı baş verib. Lakin bir çox inkişaf etmiş ölkələrə biz baxsaq, xüsusən Avropa ölkələrində ucuz faiz dərəcəsi mənzillər üçün ayrılan ipoteka kreditləridir ki, bunlar da təqribən 2 faizdən başlayır. Faiz dərəcələrini ona görə az qoyurlar ki, daşınmaz əmlak sahəsi inkişaf etsin. Bu sahə inkişaf edəndə ölkənin iqtisadiyyatı da inkişaf edir”.

Ekspert qeyd edib ki, daxili kreditlə mənzillərin riskli tərəfləri yoxdur:

“Hər hansı kredit verən bank bağlanarsa, onun öhdəliyi digər banka ötürülür. Vətəndaş krediti ödəyə bilməsə, onun daşıya biləcəyi yüklər var ki, həmin mənzili başqa şəxsə satıb borcu bağlamalı, yaxud pulu tam ödəməlidir. Vətəndaş məbləği ödəməsə, bankın səlahiyyəti çatır ki, həmin əmlakı hərraca çıxarıb satsın. Vətəndaşın ödədiyi ödəmə özünə qayıda bilir. Qalan hissəsi isə bankın mənzili satdığı şəxs tərəfindən tam bağlanır”.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti