Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümü tamam olur.

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.


Saziş ratifikasiya olunduqdan sonra SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkəti (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” və “Delta Nimir”) tərəfindən təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (9,57 %), “Inpex” (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %).


AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2 000 - 3 500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi “Mərhələ 1” – “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı ikinci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanılıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Mərkəzi-Şərqi Azəri” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.

AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard ABŞ dollardan çox kapital qoymağa imkan verir.


Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən təqdim edilən məlumata əsasən,1995-2023-cü illər ərzində (2023-cü ilin II rübü daxil olmaqla) AÇG-yə yatırılan kapital vəsaitlərinin (CAPEX) həcmi 43 milyard ABŞ dolları təşkil edib.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. Energetika Nazirliyinin məlumatlarına görə, “Azəri-Çıraq-Günəşli” yataqları istismara veriləndən bu ilin sentyabrın 1-dək 579 milyon ton neft çıxarılıb və 212 milyard kubmetrdən çox qaz hasil edilib.

2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağından mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 168,6 milyard ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 4 milyard 728 milyon ABŞ dolları gəlir əldə edilib. Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən bu günə qədər ARDNF-yə ödənilən bonusların ümumi həcmi 2,8 milyard ABŞ dolları təşkil edib.

05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti