Abşeron dairəvi dəmir yolu xətti üzrə saat 07:50 qatarının hərəkəti bərpa olunur

Yol-xeber.az" xəbər verir ki,   “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəllərində 15 sentyabr tarixindən etibarən dəyişikliklər edir.

8 sentyabr tarixində tətbiq edilmiş yeni qrafik üzrə ADY-də sərnişin axınına və Bakı şəhərində ictimai nəqliyyatda olan sıxlığa dair məlumatlar üzrə təhlillər aparılmış, sərnişinlərin müraciətləri diqqətə alınaraq cari hərəkət qrafikində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, Sumqayıtdan saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin 15 sentyabr tarixindən etibarən bərpasına qərar verilmişdir. Sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilmişdir.

Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat 07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir.

Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat 06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq  Sumqayıtdan saat 06:20 və 06:45-də yola düşən qatarlarla  səfərlərini həyata keçirə biləcəklər.

Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq  Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.

Bir daha qeyd edirik ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir, rəsmi hesablara, 18 22 Çağrı mərkəzinə daxil olan hər bir müraciət diqqətə alınaraq xüsusi araşdırılır. Bütün bunların nəticəsi olaraq xidmət səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində vaxtaşırı operativ addımlar atılır.

05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti