Bakıda pul dəyişmə problemi...

 

“2016-ci ilin əvvəllərində qapadılan valyuta dəyişmə məntəqələrinin fəaliyyətə başlanması ilə bağlı qanunverici aktın qəbul edilməsindən 1 il və eləcə də bu məntəqələrin işləmə mexanizmlərinin müəyyənləşdirilməsindən yarım ildən çox zaman keçməsinə baxmayaraq hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur”.

Bunu iqtisadçı Vüqar Bayramov sosial şəbəkədə yazıb.

Problemin səbəblərinə aydınlıq gətirən iqtisadçı bildirir ki, bütün valyuta dəyişmə məntəqələrinin bağlanması düzgün addım deyildi. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, bu məntəqələrin o zaman bağlanması 6 min iş yerinin qapanmasına səbəb oldu.

 

“İkincisi, valyuta dəyişmə məntəqələrinin yenidən formalaşmamasının əsas səbəbi bu obyektlərin yaradılması üçün tələb olunan depozitin məbləğinin kifayət qədər böyük olmasıdır. Belə ki, valyuta dəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var. Lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. 

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. 

Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Əvvəllər də qeyd etdiyimiz kimi, belə yüksək depozit rəqəminin necə hesablandığı aydın deyil”.

İqtisadçı həmçinin qeyd edib ki, eyni zamanda, valyuta dəyişmə məntəqəsinin açılması üçün 500 manat da dövlət rüsumu tələb olunur: “Halbuki, bu prosesə kiçik və orta sahibkarlar cəlb edilməlidir və onların da belə böyük məbləğdə vəsaiti passivləşdirməsi yəni, istifadə edə bilməməsi anlaşılan deyil. 
Üçüncüsu, valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün təklif edilən yerlər də sahibkarlar üçün heç də münasib olmadır. 
Mövcud qaydalar çərçivəsində tələblər kifayət qədər ağır olduğu üçün sahibkarlar tərəfindən bəzi hallarda belə yerlərin tapılması ilə bağlı çətinliklər yaranır. Bu da təbii ki, valyutadəyişmə məntəqələrinin açılmasını uzadır. Təbii ki, məntəqələrin açılmasını gecikdirən digər əhəmiyyətli məqam valyuta bazarında aktivliyin aşağı olmasıdır. 

Bütövlükdə valyuta bazarında əvvəlki dövrdən fərqli olaraq məzənnənin demək olar ki, dəyişməməsidir. Bu hal isə valyutadəyişməsi ilə məşğul olanlar üçün rentabelliyi azaldıb. Lakin bütün hallarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var. Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir. Eyni zamanda məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar.

Valyuta dəyişmə məntəqələrinin fəaliyyətə başlaması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, valyuta dəyişmə məntəqəsinin yaradılması üçün yalnız dövlət rüsumunun tələb olunması və depozit məbləğinin ləğv edilməsi məqsədə uyğundur. Depozitin tamamən ləğv edilməsinə ehiyac var. İkincisi, valyuta dəyişmə məntəqələrinin formalaşması nexanizmlərinin yumşaldılmasına və xüsusən də yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqinə ehtiyac var. Üçüncüsü, xarici valyutanın alqı-satqısının daha da liberlaşması vacibdir”.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti