Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1,5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı hala növbəti hərraclarda uyğun olaraq 51,2 milyon dollar, 35 milyon dollar, 18,7 milyon dollar, 1,5 milyon dollar olub və nəhayət sonuncu hərracda tələbat olmayıb.

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159,1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642,7 milyon dollar idi:

"Ağıla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1,7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1,6990 AZN, 5 bankın alış məzənəsi 1,6980 AZN, 4 bankın alış məzənnəsi 1,6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır".

Ekspertin sözlərinə görə, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1,6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi:

"Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır".

Ekspert buna Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğunun olmasının və ya ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığının yaranmasının səbəb ola biləcəyini deyib.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti