Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı daha çox artırmağa çalışırlar. 2022-ci ildə taxıl istehsalının artırılması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotitet idi. Gələn ildə də taxıl qıtlığının dünyada əsas problemlərdən biri olacağı gözlənildiyindən bizim üçün də ehtiyatların artırılması və idxalın əvəzlənməsi daha da aktuallaşmaqdadır.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Bu il 955,2 min hektar sahədə dənli bitkilər əkilib. Sahələrdən 2 milyon 850,0 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Qeyd edək ki, məhsulun 1 milyon 731 min tonunu və yaxud 60,8%-ni buğda, 1 milyon 92 min tonunu (38,3%-ni) arpa, 26,2 min tonunu (0,9%-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib:

"Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında qeydə alınıb.

Azərbaycan taxıla olan tələbin 60%-ni yerli istehsal və digər hissəsini idxal hesabına ödəyir. Bu ilki statistik rəqəmlər göstərir ki, gələn ildə də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir. Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrinin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır".

"Ötən il taxıl idxalımızda Rusiyanın payı 95%-ə yaxın idi. Bu il idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edildi. Son aylar taxıl istehsalçılarının ixracatı məhdudlaşdırması idxal mənbələrinin xeyili dərəcədə azaldıb. Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək. Bu baxımdan, dünya bazarında taxılın qiymətinin gələn ildə də yüksələcəyi istisna edilmir. Ona görə də, idxaldan asılılığın minimumlaşdırılması getdikcə daha da prioritetləşir", - deyə V. Bayramov əlavə edib.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti