dgfgg

"Yol-xeber.az" xəbər verir ki, Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi  rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial - iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı - Eyvazlı avtomobil yoludur.  

28,5 km uzunluğa malik Qubadlı - Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca geniş miqyaslı tikinti işləri davam etdirilir:

-    0-5-ci km-də yol yatağının tikintisi işləri aparılır;
-    5-6-cı km-də yol yatağının tikintisi yekunlaşıb;
-    6-14-cü km-də yol yamaclarının qırıcı üsulu ilə layihə səviyyəsinə gətirilməsi işləri icra olunur;
-    14-15-ci  km-də yol yatağının tikintisi işləri yekunlaşmaq üzrədir;
-    15-20-ci  km-də yol yamaclarının layihə səviyyəsinə gətirilməsi üçün tikinti işləri davam edir; 
-    20.9-21-ci km-də yol yatağının tikinti işləri son mərhələdə olmaqla aparılır;
-    21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur;
-    23-25-ci km-lik hissədə yol yatağının tikintisi artıq yekunlaşıb;
-    27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşaası işləri həyata keçirilir;
-    28.5-ci km-lik hissədə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitgi qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşaası aparılır:
-    24-24.44 km-də yerləşən düzbucaqlı su keçidinin ilkin təməl beton işləri, 
-    0-0.5 km-də suötürücü beton borunun tikintisi aparılır;
-    2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik 4 aşırımlı körpüdə svay işləri yekunlaşıb, qazma və betonlama işləri icra olunub;
-    21-ci km-də tikilən 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüsündə svay betonlama işləri aparılır. Körpünün A1, A2 dayaqlarında tikinti işləri yekunlaşmaq üzrədir, P2 dayağının təməlində betonlama işləri icra olunur. 

Xüsusi texnikalardan istidadə olunmaqla görülən “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımı sayda texnika və canlı qüvvə cəlb edilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, beton zavodu və qum-çınqıl zavodu, maşın-mexanizmlərin saxlanması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub. 

Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

 

BÜTÜN YOLLAR QARABAĞA  APARIR...

 

dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti