Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC təşkil etdiyi yarmarkalarla bağlı narazılıq yaranıb.

Həfətsonu üçün Bakı şəhəri və Abşeron rayonunda 3 ünvanda keçirilən “Kənddən Şəhərə” yarmarkalarında məhsullarının erkən bitdiyi deyilir.

Belə ki, ötən həftənin bazar günü Binəqədi rayonunda yerləşən yarmarkaya üz tutan vətəndaşlar piştaxtaların boş olduğunu görüb. Burada çalışan işçilər isə satışa çıxarılan məhsulların az olduğunu, bu səbəbdən erkən bitdiyini deyiblər.

 

 

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat xidmətinin nümayəndəsi Qalib Bəhramov "Ölkə.Az"a açıqlamasında bildirib ki, 4-5 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edib: "Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçiriblər. Yarmarkalarda satışa çıxarılan məhsulların içərisində daha çox mövsümi meyvə və tərəvəzlər üstünlük təşkil edib. Hazırda vətəndaşların bu məhsullara tələbatı yüksək olduğu üçün Binəqədi rayonu ərazisində təşkil olunan yarmarkada satışa çıxarılan məhsullar 1 gün ərzində satılıb. Nəticədə, gətirdikləri məhsulların satışını bitirən fermerlər öz rayonlarına geri dönüblər.

Həmçinin nəzərə almaq lazımdır ki, mövsümi meyvə-tərəvəzlərin hazırki isti havalarda uzun müddət təravətli saxlanılması mümkünsüzdür. Bu səbəb fermerləri məhsul satışa çıxararkən daha diqqətli olmağa vadar edir". 

Qurumun açıqlamasında həmçinin deyilib ki, yarmarkaya çıxarılan məhsulların həcmi birbaşa fermerlərdən asılıdır: "Belə ki, yarmarka onlar üçün alternativ satış mərkəzidir. Fermerlərin bəziləri istehsal etdikləri məhsulların müəyyən həcmi ilə, bəziləri isə tam həcmi ilə yarmarkalarda iştirak edirlər".

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti